“SAKURA” İNKİŞAF MƏRKƏZİ LAYİHƏLƏR HAZIRLAYIR
“Sakura”nın başçısı Təranə Hüseynova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni yaradılmış mərkəz bundan sonra da tələbə mübadiləsi aparmaq üçün Yaponiyanın işgüzar dairələri və bu ölkənin təhsil idarələri ilə səmərəli əlaqələr yaradılmasına dair layihələr işləyib hazırlayır. Onun sözlərinə görə, bu layihələr dövlətin xarici-siyasi strategiyasına zidd olmayan konstruktiv təkliflər kompleksindən ibarətdir və ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi məsələlərinin həllində faydalı ola bilər.