Salyanda unlu-qənnadı məmulatların istehsalı sexində yoxlama aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Salyan rayonunun X.R.Ulutürk, ev 8, mənzil 14 ünvanında fiziki şəxs Nəcəfov Arif Mirzəağa oğluna məxsus unlu-qənnadı məmulatların istehsalı sexində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə xammalların saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, xammal kimi istifadə olunan un, yumurta, ədviyyatlar və digər məhsulların birbaşa istehsal sahəsində temperatur rejiminə riayət edilmədən saxlanıldığı müəyyən edilib. Un kisələrinin istehsal sahəsində birbaşa döşəmənin üzərində divara bitişik saxlanıldığı, məhsulların hazırlanmasında istifadə olunan əsas xammallardan unun ələkdən keçirilmədiyi aşkarlanıb.
Aşkar edilən nöqsanlarla bağlı müəssisənin fəaliyyəti ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:15]
Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 09.10.2026 [12:01]