REGİONLAR
Salyanın Aşağı Kürkənd kəndində yeni məktəb binası tikilir
Salyan, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanın Aşağı Kürkənd kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur. Artıq binada hörgü işləri başa çatıb. Hazırda ikinci mərtəbədə iş görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa olunan 360 şagird yerlik təhsil ocağında 18 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Bina istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, tibb otağı, kitabxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Təhsil ocağı yeni invertar, əyani və texniki vasitələrlə təchiz olunacaq.
Məktəb binasının tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.