Samandan tikilmiş ev müasir görkəm alıb
Bakı, 9 oktyabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında 1924-cü ildə ispan stilində tikilmiş ev əsaslı şəkildə yenidən qurulub.
AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, “Dutton Architects” şirkətinin mütəxəssisləri samandan və təbii ağacdan inşa olunmuş evə müasir görkəm verməklə yanaşı, qədimliyini də qoruyub saxlayıblar.
İsti hava şəraitinə baxmayaraq, saman ev sərin, qışda isə isti olur. Odur ki, evdə nə istilik sistemləri, nə də kondisioner gözə dəymir.