Şamaxıda iki qadına kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri, 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E. Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]