SAMUR-ABŞERON KANALI BƏRPA EDİLİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Samur-Abşeron kanalının bərpasına başlanmışdır. Hazırda kanal qum-gildən təmizlənir.
Layihənin həyata keçirilməsi üçün Dünya Bankı Azərbaycana 28 milyard manat kredit ayırmışdır. Layihəyə əsasən, kanalın 27 kilometri üç tikinti təşkilatının köməyi ilə Xaçmazın Qıraqlı kəndi ərazisinədək bərpa ediləcəkdir. Bərpa işləri ilə əlaqədar kanalın suyunun kəsilməsi paytaxtda su problemi yaratmayacaqdır.