Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sankt-Peterburqda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir

Sankt-Peterburq, 2 aprel (AZƏRTAC). Sankt-Peterburqdakı “Rodina” kinoteatrında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu və Sankt-Peterburqun “Vətən” regional ictimai təşkilatı ilə birgə təşkil etdiyi tədbirdə 600-dək tarixçi, şərqşünas, ictimai və siyasi xadim, habelə tələbələr və Neva sahilindəki şəhərdə yaşayan azərbaycanlı gənclər iştirak etmişlər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov konfransı açaraq, xüsusən, böyüməkdə olan nəslin təlim-tərbiyəsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O, gəncləri ölkələrinin tarixini dərindən öyrənməyə və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması işində daha fəal iştirak etməyə çağırmışdır. Baş konsul, həmçinin Azərbaycanın sürətli inkişafından, ölkədə aparılan islahatlardan söz açaraq qeyd etmişdir ki, xaricdə yaşayan hər bir azərbaycanlı öz tarixi Vətəninin uğurları və nailiyyətləri ilə fəxr edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tarixinin yeni dövrünə qədəm qoymuşdur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu xətt qüdrətli ordusu, sabit iqtisadiyyatı olan, uğurlu xarici siyasət yürüdən güclü Azərbaycan dövlətinin yaradılmasına xidmət edir. Diplomat demişdir: “Belə bir dövlətdə XX əsrin faciəli hadisələrinin təkrarlanması qeyri-mümkündür”.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov erməni millətçilərinin uzun illər boyu Azərbaycan xalqına qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən, əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən, habelə ölkəmizin tarixinin biabırçı saxtalaşdırılması faktlarından ətraflı söz açmış, institutun ölkəmizin tarixi ilə bağlı real faktların üzə çıxarılması məqsədi ilə dünyanın bir çox ölkə və şəhərlərinin, o cümlədən Sankt-Peterburqun arxivlərində apardığı böyük işdən danışmışdır. Y.Mahmudov erməni şovinistlərinin və “Daşnaksutyun” partiyası üzvlərinin Azərbaycan xalqına qarşı cinayətkar əməllərinin təsdiqi olan yeni aşkar edilmiş arxiv sənədlərindən danışaraq xüsusi vurğulamışdır ki, ölkəmizin rəhbərliyi tarixin öyrənilməsi, real tarixi proseslər haqqında gerçək informasiyanın dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın tarixinin saxtalaşdırılmasına qarşı mübarizə məsələlərinə böyük əhəmiyyət verir.

Yaqub Mahmudov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının uğurlarını yüksək qiymətləndirmişdir. O, tədbir iştirakçılarına başçılıq etdiyi institutun nəşri olan tarixi ədəbiyyat haqqında məlumat verərək demişdir ki, “İrəvan xanlığı”, “Ermənilərin Azərbaycan torpağında əməlləri haqqında tarixi faktlar”, “Azərbaycanlılar” adlı kitabların və Qarabağ, xalqımızın soyqırımı, habelə tarix və memarlıq abidələrinin məhv edilməsi haqqında digər nəşrlərin təqdimatı keçirilmişdir.

“Qarabağın qanlı girdabı” kitabının müəllifi Yuri Pompeyev demişdir ki, tarix gələcək nəsillər üçün ibrət dərsidir və bu gün bizim vəzifəmiz həmin hadisələrin təkrarlanmasına yol verməməkdir. Bunun üçün tarixi təcrübəni dərindən öyrənib tədqiq etmək və gələcək nəsillərə ötürmək lazımdır. Y.Pompeyev demişdir: “Bu gün Azərbaycan müstəqil, olduqca nüfuzlu, ən başlıcası isə müstəqil siyasət yeritməyə qabil sabit dövlətdir”.

“Vətən” regional ictimai təşkilatının rəhbəri Məzahir Həsənov, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Heydər İmanov gəncləri belə tədbirlərdə daha fəal iştirak etməyə çağıraraq demişlər ki, Azərbaycan tarixinin faciəli səhifələri unudulmamalıdır.

AMEA-nın tarixçi alimləri Hacı Həsənov, Natiq Məmmədzadə, İlqar Niftalıyev, Kamran İsmayılov konfransda çıxış edərək erməni millətçilərinin 1918-1920-ci illərdə törətdikləri cinayət faktlarını açıqlamış, habelə ermənilərin Azərbaycan ərazisinə köçürülməsi, Cənubi Qafqazda etnosiyasi vəziyyətin dəyişməsi və erməni işğalçılarının əzəli Azərbaycan torpaqlarını işğal etməsi məsələlərinə toxunmuşlar.

Elmi-praktiki konfrans çərçivəsində “Tarixin keşiyində” filminin təqdimatı olmuşdur. Filmin ssenari müəllifi və aparıcısı Yaqub Mahmudovdur. Filmdə müasir Azərbaycanın dinamik inkişafından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin təşəkkülündə rolundan, Prezident İlham Əliyevin sosial proqramların reallaşdırılmasına yönəlmiş xəttindən, bütün dünyanın hörmətlə yanaşdığı yeni Azərbaycanda gedən quruculuq prosesindən söz açılır.

“Rodina” kinoteatrının foyesində fotosərgi açılmışdır. Sərgidə Azərbaycanın əsrlər boyu dəyişən sərhədlərini əks etdirən coğrafi xəritə təqdim edilmişdir. Tədbir iştirakçılarına AMEA-nın Tarix İnstitutunun nəşri olan kitablar paylanmışdır.

Tədbir zamanı Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) Sankt-Peterburq regional bölməsinin nümayəndələri Rusiya Federasiyasının qanunverici orqanlarına təqdim etmək məqsədilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində imza toplanması aksiyasını davam etdirmişlər. Bu il fevralın 27-də Sankt-Peterburqda başlanmış, martın 25-də Rusiyanın şimal paytaxtında Novruz şənlikləri çərçivəsində aparılan bu aksiya indi də davam edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib