Səbail rayonunda “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub
Bakı, 15 aprel, AZƏRTAC
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku” yarışının Səbail rayon üzrə final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında 160 nömrəli tam orta məktəbinin komandası ilə 6 nömrəli tam orta məktəbin şagirdləri qarşılaşıb.
Rəqibini 7:2 hesabı ilə məğlub edən 6 nömrəli tam orta məktəbin komandası Səbail rayon üzrə turnirin qalibi olub.