Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbuhi Mehdizadə: Stolüstü tennisin inkişafı məqsədilə xüsusi strategiya hazırlanır

Səbuhi Mehdizadə: Stolüstü tennisin inkişafı məqsədilə xüsusi strategiya hazırlanır

Bakı, 24 yanvar, AZƏRTAC

Son illər Azərbaycanda sürətlə inkişaf etdirilən idman növlərindən biri də stolüstü tennisdir. Federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər, stolüstü tennisin kütləviliyinin artırılması və perspektivlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Səbuhi müəllim, əvvəlcə Azərbaycanda stolüstü tennis ənənələri ilə bağlı məlumat verərdiniz.

- Azərbaycanda stolüstü tennis ənənələri ötən əsrin 40-cı illərindən etibarən yaranmağa başlayıb. Belə ki, 50-ci illərin əvvəllərində ilk dəfə Bakıda stolüstü tennis bölməsi yaradılıb və sonradan Stolüstü Tennis Federasiyası təsis olunub. Azərbaycanın stolüstü tennis məktəbi yüksək nəticələr əldə edən bir çox beynəlxalq səviyyəli idmançılar yetişdirib. Belə ki, 1961-ci ildə idmançımız Mais Şeydabəyov stolüstü tennis üzrə SSRİ çempionu olub. Əfsanəvi tennisçimiz Valentina Popova isə 6 dəfə SSRİ çempionu və 1984-cü ildə Avropanın mütləq çempionu adını qazanıb. Stolüstü tennisçilərimizin qazandığı tarixi nailiyyətlər ölkəmizdə idmanın bu növünə böyük maraq yaradıb.

- Ölkəmizdə idmanın bu növünün inkişafının yeni mərhələsi nə vaxtdan başlayıb?

- Ölkəmizdə stolüstü tennis 2014-cü ildən etibarən intibah dövrünü yaşayır. Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə idmanın bu növünün inkişafında canlanma başlayıb. İlk növbədə, Bakıda “Şüa” İdman-Sağlamlıq Mərkəzindəki zal tam təchiz olunub idmançıların istifadəsinə verildikdən sonra sanki tennisçilərin öz “evi” yaranıb. Belə ki, bu mərkəz idmançıların bir araya gəldikləri, məşq etdikləri və xəyal qurduqları doğma məkana, ocağa çevrilib. Sonra Sumqayıtda dənizkənarı bulvarda müasir idman kompleksi tikilərək istifadəyə verilib. Bütün bunlar idmanın inkişafı üçün bünövrədir. Nəticədə stolüstü tennis üzrə inkişaf planı hazırlanaraq kütləviliyin artırılması, yığma komandanın inkişafı, mütəxəssislərin peşəkarlığının yüksəldilməsi, peşəkar klubların inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

- Ötən illərdə qazanılan nəticələri qənaətbəxş hesab etmək olarmı?

- Son yeddi ildə idmançılarımız dünya, Avropa çempionatları və gənclərin Avropa birinciliyi daxil olmaqla 60-a yaxın beynəlxalq yarışlarda iştirak edərək 13 qızıl, 23 gümüş və 30 bürünc medal qazanıblar. Bununla yanaşı, tennisçilərimiz Azərbaycan, Polşa, Macarıstan, Çexiya, Sloveniya, Rumıniya, Türkiyə və Çində keçirilən təlim-məşq toplanışlarına da mütəmadi olaraq qatılıblar. Bütün bu göstəricilər idmanda gənc nəslin formalaşması üçün önəmli amillərdir.

- Ümumiyyətlə, ölkəmizdə uşaq və gənclərin stolüstü tennisə marağı ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda idmanın bu növünə təbii ki, maraq var. Amma populyarlığı artırmaq üçün federasiya bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, 6-9 yaş qrupunda uşaqlarla məşğul olmaq üçün respublika üzrə fəaliyyət göstərən 24 məşqçi-müəllimlə beşillik müqavilələr imzalanıb. Bu məşqçilər Azərbaycanın 10 rayon və şəhərində stolüstü tennis üzrə lazımi idman avadanlığı ilə tam təmin olunan orta məktəblərdə, idman məktəblərində, Olimpiya İdman Komplekslərində fəaliyyət göstərirlər. Müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklərlə əməkdaşlıq edərək ictimaiyyətdə stolüstü tennisə daha böyük maraq yaratmağa çalışırıq. Qısa müddətdə yeniyetmələrimiz Avropada sayılıb-seçilən idmançıların sırasına daxil olublar.

Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşkilatçılığı ilə keçirilən və Avropanın bütün ölkələrinin iştirak etdikləri “ETTU Eurotalents” istedadlı idmançıların axtarışı proqramında üç yeniyetmə tennisçimiz iştirak edib. Onlardan Adil Əhmədzadə Avropanın 13 yaşa qədər (U-13) yığma komandasının üzvü, 17 yaşadək (U-17) yığmaya isə namizəddir. Bu, əlbəttə, böyük nailiyyətdir. Bununla yanaşı, yeniyetmə idmançılarımız xarici idman klublarında legioner kimi təmsil olunurlar.

- Federasiyanın qarşıdakı dörd il üçün planları nədən ibarətdir?

- Qarşıdakı dörd ildə stolüstü tennisin inkişafında sistemli yanaşmanı tətbiq etmək məqsədilə xüsusi strategiya hazırlanır. İlk növbədə, ölkədə idman klublarının sayının artırılması, idmançı, məşqçi və hakimlərimizin beynəlxalq yarışlarda daha intensiv iştirakının təmin edilməsi planlaşdırılır. Bununla yanaşı, tennisə kütləvi marağı təmin etmək məqsədilə məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək zəruridir. Əlavə olaraq, onlar üçün ölkədaxili və beynəlxalq seminar və kurslar təşkil etmək, ali təhsilli idmançıların məşqçi kimi işlə təmin olunmasını stimullaşdırmaq, legionerlərin Azərbaycanda magistr dərəcəsi alaraq məşqçi kimi fəaliyyət göstərməsini dəstəkləmək və ölkənin müxtəlif regionlarında məşqçilərlə müqavilələr bağlamaq əsas hədəflərdəndir.

- Federasiyanın yeni təyin olunan baş katibi ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Yeni baş katib Könül Mikayılova federasiyanın ən təcrübəli və peşəkar əməkdaşlarından hesab olunur. O, Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq beynəlxalq dərəcəli hakim adına layiq görülən dörd idman mütəxəssisindən biridir. Könül Mikayılovanın bütün ailəsi stolüstü tennis ənənələrini qoruyur. Onun həyat yoldaşı Zaur Mikayılov da beynəlxalq dərəcəli hakimdir. Qızı Zemfira Mikayılova yığma komandanın üzvü kimi Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir. Düşünürük ki, Könül xanımın təcrübəsi və idmanın bu növünə sevgisi vəzifəsini uğurla yerinə yetirməsi üçün ciddi zəmin yaradır.

- Kənd təsərrüfatı nazirinin müşaviri sizin əsas işinizdir. Əsas işinizlə eyni vaxtda idman sahəsində də belə məsuliyyətli vəzifədə çalışmaq çətinlik yaratmır ki?

- İdman sahəsində 2012-ci ildən fəaliyyətə başlamışam. Həmin vaxt ictimai əsaslarla yerli və Avropa çempionatlarında Təşkilat Komitəsinin üzvü kimi iştirak etmişəm. 2014-cü ildə federasiyanın baş katibi təyin olunmuşam, 2016-cı ildən isə vitse-prezident vəzifəsində çalışıram. Təbii ki, əsas iş yerimlə yanaşı, ictimai əsaslarla çalışdığım sahəyə də xüsusi diqqətlə yanaşıram. Federasiyada fəaliyyətim dövründə o qədər emosional, qürurverici məqamlar yaşamışam ki, bu hissləri heç nə ilə əvəz etmək olmaz. Xatırlayıram ki, 2015-ci ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə ölkəmizdə Avropanın ən güclü idmançıları arasında “TOP-16” turniri keçirilirdi. Turnirin direktoru olaraq bir çox xarici mütəxəssislərlə ünsiyyətdə olarkən gördüyümüz işlər barədə əcnəbi peşəkar idmançıların, hakimlərin, eləcə də idman aləmində sayılıb-seçilən nüfuzlu şəxslərin komandamızın yüksək inkişaf templəri barədə fikirləri idmanın bu növünün inkişafında böyük tərəqqiyə nail olduğumuzu bir daha sübut edir. Bu işin ictimai əsaslarla olması isə şəxsən mənə xüsusi zövq verir.

Fəaliyyət göstərdiyim dövrdə federasiyanın prezidenti tərəfindən bizə verilən tapşırıqların icrası nəticəsində idmançılarımızın əldə etdikləri uğurlar daha intensiv və məhsuldar çalışmaq üçün stimul yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir