“Seçki-2018” Müstəqil Media Mərkəzinin fəaliyyətini sosial mediadan da izləmək mümkündür
Bakı, 9 mart, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının “Seçki-2018” Müstəqil Media Mərkəzinin fəaliyyətini sosial mediadan da izləmək mümkündür.
AZƏRTAC xəbər verir ki, oxucular seçki prosesi ilə bağlı bütün xəbərləri Mərkəzin sechki-2018.az saytı ilə yanaşı, həm Facebook, həm də Twitter şəbəkələrində davamlı olaraq Azərbaycan, rus və ingilis dillərində oxuya bilərlər.
Azərbaycan dili versiyası:
https://www.facebook.com/azelection2018, https://twitter.com/azelection2018.
Xatırladaq ki, “Seçki-2018” Müstəqil Media Mərkəzi martın 7-də fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]