SEÇKİLƏRİN KEÇİRİLƏCƏYİ MƏNTƏQƏLƏR ETİBARLI VƏ KEYFİYYƏTLİ RABİTƏ İLƏ TƏMİN EDİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 6-da bələdiyyələrə keçiriləcək təkrar, əlavə, yeni və ilk seçkilərə hazırlıq məqsədi ilə “Aztelekom” İstehsalat Birliyi lazımi tədbirləri görmüşdür. Seçkilərin keçiriləcəyi 48 rayonda 69 dairənin əhatə etdiyi 783 seçki məntəqəsi etibarlı və keyfiyyətli rabitə ilə təmin olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının mövcud şəbəkəsinə alternativ olaraq “Aztelekom.net” internet xidmətləri mərkəzinin şəbəkəsindən istifadə olunmaqla, internet rabitəsi təşkil edilmişdir. Bundan əlavə, baş verə biləcək hər hansı ekstremal halların təxirə salınmadan, operativ aradan qaldırılması məqsədi ilə bölgə “Qəza xidməti” qrupları yüksək hazırlıq vəziyyətinə gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]