SƏDDAM HÜSEYNİN OXŞARI OLMAYIB
Bəşir diktatorun yanında işlədiyi 20 il haqqında 400 səhifəlik xatirə kitabını nəşrə hazırlayır. O yazır ki, Hüseynin xanımı və qızları adamlarla xoş rəftar edirdilər, böyük oğlu Udey isə çox əsəbi idi. Bəşirin yazdığına görə, sabiq prezidentin başına yığdığı adamların yeganə “məziyyəti” yaltaqlıq və yalançılıq idi.
Bəşir keçmiş İraq rəhbərliyinin bir çox sirlərini, o cümlədən 1983-cü ildə səhiyyə nazirinin qətlə yetirilməsinin səbəblərini açıqlamağı vəd edir.
Xatırladaq ki, Hüseynin xanımı Qətərdəki hərbi bazada saxlanılan əri ilə bu yaxınlarda yeganə görüşündən sonra bildirmişdir ki, o, Səddam Hüseyni tanımadı, bu, Səddamın oxşarı idi.