Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədr: Azərbaycan Şərqi Avropada COP konfransının keçirilməsinə beynəlxalq birliyin razılıq verdiyi ilk ölkədir

Sədr: Azərbaycan Şərqi Avropada COP konfransının keçirilməsinə beynəlxalq birliyin razılıq verdiyi ilk ölkədir

Bakı, 27 dekabr, AZƏRTAC

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Vahid müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Belə bir qərarın hansı zərurətdən doğduğu barədə nə deyə bilərsiniz?

- Sübut etməyə ehtiyac yoxdur ki, Yer kürəsi getdikcə daha da güclənən deqradasiya olunmaqdadır. Qlobal istiləşmənin nəticəsi hesab olunan bu proses dünyanın bütün mütərəqqi qüvvələrini sözün əsl mənasında bərk narahat edir və əməli tədbirlər görməyi tələb edir. Digər sahələrdə olduğu kimi, qlobal istiləşməyə qarşı mübarizəyə və yaşıl iqtisadiyyatın inkişafına artıq neçə illərdir xüsusi önəm verən Azərbaycan Prezidenti bu istiqamətdə ölkəmizin nəinki regionda, bütün dünyada belə novator, yenilikçi ölkə kimi nüfuz qazanmasına, yeni dövrün çağırışlarına adekvat cavab tədbirləri görülməsinə sözdə yox, əməldə nail olunmasını əsas götürərək belə bir sərəncam imzaladığını düşünürəm.

Bundan əlavə, ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin “yaşıl” enerji və iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər də 2024-cü ilin “yaşıl” dünya üçün həmrəyliyin zərurətinə dəlalət edir. Başqa sözlə, dünyada hökm sürən “klimatik eqoizmin” “klimatik həmrəyliklə” əvəzlənməsinin aktuallığını dünya ictimaiyyətinə bəyan edir. Təbii ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırması BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsidir. Ölkəmizin yüksək imicinə, Prezidentimizin sözü ilə əməlinin vəhdətinə, sülhpərvər siyasətinə, yeni dövrün çağırışlarına sədaqətinə, dövlətimizin rəhbərinin cəsarətinə və qabiliyyətinə, xalqımızın dünya dəyərlərinə hörmətinə söykənən bu qərar tarixi olduğu qədər də dünya ictimaiyyətinə ümidverən bir çağırışdır. Bir faktı da nəzərinizə çatdırmaq istərdim. Tərəflər Konfransı adlanan COP ilk dəfə keçirilən 1995-ci ildən, 2023-cü ilə qədər 28 dəfə keçirilib. Bu konfrans aşağıda göstərilən şəhərlərdə (ölkələrdə) baş tutub: Berlin (Almaniya), Cenevrə (İsveçrə), Kioto (Yaponiya), Buenos Ayres (Argentina), Bonn (Almaniya), Haaqa (Niderland), Mərakeş (Mərakeş), Nyu-Dehli (Hindistan), Milan (İtaliya), Monreal (Kanada), Nayrobi (Keniya), Bali (İndoneziya), Poznan (Polşa), Kopenhagen (Danimarka), Konkeen (Meksika), Durban (Cənubi Afrika), Doha (Qətər), Varşava (Polşa), Lima (Peru), Paris (Fransa), Kotovista (Polşa), Madrid (İspaniya), Qlazqo (Böyük Britaniya), Şarm-əl-Şeyx (Misir) və Dubay (Birləşmiş Ərəb Əmirliyi). Konfrans yalnız 2020-ci ildə pandemiya səbəbindən keçirilməyib. Bu siyahıdan da göründüyü kimi, Azərbaycan nəinki postsovet məkanında, həm də Polşa istisna olmaqla Şərqi Avropada COP konfransının keçirilməsinə beynəlxalq birliyin ilk razılıq verdiyi ölkədir. Məncə bununla fəxr etməyə dəyər!

- Bir neçə kəlmə COP konfransının tarixi, vəzifələri və əhəmiyyəti barədə deyərdiniz.

- COP ildə bir dəfə keçirilir. BMT praktikasına uyğun olaraq bu beynəlxalq iqlim konfransı Afrikada, Asiyada, Latın Amerikasında və Karib hövzəsində, Mərkəzi və Şərqi Avropa bölgələrində növbəlilik əsasında keçirilir. Maraqlıdır ki, Yer kürəsinin aqibətinə ilk həyəcan təbili 1972-ci ildə Stokholmda keçirilən Yer Sammitində səslənib. Bununla belə, yalnız 20 il keçəndən sonra 1992-ci ildə Rio-de-Janeyroda keçirilən III Yer Sammitində ətraf mühitin qorunması zərurəti öz kəskinliyi ilə diqqət mərkəzində olub. COP isə tarixi başlanğıcını 1995-ci ildə Berlində keçirilmiş birinci konfransdan götürür. İqlim dəyişikliyi bütün ölkələrin həyatı və ilk növbədə, iqtisadiyyatı üçün çox arzuolunmazdır. Bəzi ölkələr üçün isə bu ziyan daha böyükdür. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən 55 ölkənin birgə hazırladıqları məruzədə göstərilir ki, son iyirmi ildə onların ümumi itkiləri ildə 525 milyard dollar təşkil edib ki, bu da onların ÜDM-in 20 faizi həddindədir. Hesablamalara görə əməli tədbirlər görülməsə belə itkilərin həcmi 2030-cu ildə 580 milyard dollara qədər arta bilər. Bunu nəzərə alaraq, COP27-də 200 ölkənin razılığı ilə inkişaf etməkdə olan ölkələrə yardım fondu yaradılıb. İnkişaf etmiş ölkələrin biganəliyi ucbatından belə bir fondun yaradılması qərarının qəbulu 25 ilə mümkün olub. Dubayda öz işini başa çatdıran COP28-də Beynəlxalq İqlim Fondunun yaradılması müəyyən ümidlər doğursa da, onların reallaşması üçün çox işlər görülməlidir. Bəzi inkişaf etmiş və ətraf mühitin korlanmasında “töhfəsi” böyük olan ölkələr bu işə laqeyd münasibət göstərməkdə davam edirlər. Məsələn, beynəlxalq fonda ildə ABŞ 17,5 milyon dollar, Yaponiya isə cəmi 10 milyon dollar köçürməyi nəzərdə tuturlar ki, bu da gülüş doğurmaya bilməz. Halbuki BƏƏ və Almaniya hər biri ildə Beynəlxalq İqlim Fonduna 100 milyon dollar ödəniş etməyə razılıq veriblər. Lakin bir məsələni nəzərə almaq lazımdır ki, əvvəl təbiəti korlayıb, onun düzəlməsi üçün vəsait axtarmaq yox, ətraf mühitə belə qənim kəsilməkdən əl çəkmək daha məqbul yoldur. Fikrimizcə, ölkəmizdə gələn il keçiriləcək COP29-da bu məsələyə dünya ölkələri daha çox diqqət yetirməli olacaqlar. Bu işdə könüllü ianə prinsipindən müstəqil ekspertlər tərəfindən dəqiq hesablanmış vurulan ziyana görə məcburi konpensasiya üsuluna keçid önəmli rol oynaya bilər. Məhz bu sahədə ölkələrin həmrəyliyi mühüm əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində dövlətimizin başçısının imzaladığı Sərəncamın bəşəri faydalarına dəlalət edir.

- Azərbaycanda keçiriləcək COP29-dan gözləntiləriniz?

- Tam əminliklə deyə bilərəm ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur. Müstəqil Azərbaycanımızın dünya səviyyəsində önəmli bir rol oynamağa istiqamətlənmiş COP29-un uğurla keçirilməsində biz hər birimiz Prezidentin yanında olmalı, hər bir kəs əlindən gələni etməlidir. Son olaraq COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu ərəfəsində biz bir daha ölkə Prezidentinin sülhpərvər və humanist siyasətinin, xalqların dinc yanaşı yaşamalarının üstünlüklərinin dünyaya nümayiş etdirilməsi onun siyasi məharətinin həsəd aparılacaq dərəcədə mükəmməlliyinin şahidi olduq. Özü də təkcə biz yox, bütün dünya. Dahi mütəfəkkir, alman filosofu İmmanuel Kantın müdrik bir kəlamını xatırlatmaq istərdim: “Bir-birinə qarşı yox, bir-birilə iqtisadi əməkdaşlıq regional münaqişələrin transformasiyasına gətirib çıxara bilər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib