Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkizinci ildönümü qeyd edilib

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-ü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 8-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb, qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycanın bugünkü dinamik inkişafı, dünyada böyük nüfuz və söz sahibi olması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük qətiyyət və əzmkarlıqla ölkəmizi sabitlik və təhlükəsizlik məkanına çevirib.

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən səkkiz il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və səkkiz ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Xidmət rəisi vurğulayıb ki, ötən dövr ərzində səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirilib. Dövlətimizin qayğısı nəticəsində artıq səkkiz il ərzində bir neçə rayonda SHXÇDX-nin yerli struktur bölmələrinin yeni inzibati binaları istifadəyə verilib. Ötən il Xidmətin Goranboy Rayon Şöbəsinin yeni inzibati binasının açılışı olub, Lənkəran Rayon Şöbəsinin xidməti şəraiti yaxşılaşdırılıb. Qəbələ, Göygöl və Qax rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası başa çatdırılıb, Siyəzən rayonunda isə inşaat işləri davam etdirilir. O cümlədən işğal altındakı Xocavənd rayon əhalisinin, hərbi vəzifəlilərin, çağırışçıların səfərbərlik və hərbi xidmətə çağırış kimi mühüm işlərinin icrasını daha mütəşəkkil qaydada təmin etmək məqsədilə Xidmətin yerli struktur bölməsi yaradılıb.

Xidmət rəisi əlavə edib ki, elektron xidmətlərin göstərilməsi və aidiyyəti qurumlar arasında inteqrasiyanın yaradılması istiqamətində müvafiq işlər davam etdirilib, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya işləri yekunlaşdırılıb.

Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla - “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Vağzalında və sərnişin stansiyalarında, Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb. Həmçinin şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına Xidmət tərəfindən daim diqqət göstərilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublikamızın bütün şəhər və rayonlarında Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Novruz bayramı, Qurban bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə, o cümlədən dekabrın 1-də və 2-də könüllülük hərəkatının üzvləri olan gənclərin iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin “ŞəhidimİZ” kampaniyası çərçivəsində şəhid ailələrinə ziyarət təşkil edib və onlara sovqat çatdırılıb.

Arzu Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova və digər natiqlər xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif olunması haqqında SHXÇDX rəisinin imzaladığı əmrlər elan edildikdən sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev və vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Xidmətin yaradılmasının səkkizinci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar