Səfir: Azərbaycanda vətəndaşlara seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm. Vətəndaşlara öz məsuliyyətindən irəli gələrək seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri sechki-2018.az saytına açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib.
Səfir qeyd edib ki, seçkilər ölkənin gələcəyini, xarici və daxili siyasətini müəyyənləşdirir. Məhz buna görə də seçkilər hər bir ölkənin gələcəyi üçün çox vacibdir. “Əminəm ki, Azərbaycan seçiciləri bu seçkidə öz iradələrini nümayiş etdirəcək və doğru seçim edəcəklər”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]