Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO
Stokholm, 25 avqust, АZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri ilə əlaqədar Özbəkistanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rəhmatulla Nurimbetov səfərin yekunlarını, eləcə də Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf perspektivlərini şərh edib.
AZƏRTAC xəbər verir ki, diplomat iki ölkə arasında praktiki əməkdaşlığın genişləndirilməsinə, o cümlədən İsveçdə təşviq olunan birgə layihə və təşəbbüslərə xüsusi diqqət yetirib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm