SƏFİR RENO HARNİŞ ÖZ PLANLARINI AÇIQLAMIŞDIR
Senatın Xarici əlaqələr komitəsinin üzvləri ABŞ-ın bir sıra ölkələrə təyin olunan yeni səfirlərinin namizədlikləri üzrə səsvermə keçirəcəklər. Onların arasında Prezident Buşun Azərbaycana yeni təyin etdiyi səfir Reno Harniş də var. Senatorlar səfir Harnişin aprelin 9-da Komitənin dinləmələrindəki çıxışına əsasən qərar verəcəklər.
Səfir Harniş çıxışında bildirmişdir ki, namizədliyi təsdiq olunsa, o, Bakıdakı işində diqqəti dörd əsas istiqamətə yönəltmək niyyətindədir: antiterror müharibəsində Azərbaycanın rolu, davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, ölkədə siyasi və iqtisadi islahatların həyata keçirilməsi və Şərq-Qərb enerji dəhlizinə Amerikanın davamlı dəstəyi.
Reno Harniş vurğulamışdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında bir çox sahələrdə möhkəm əməkdaşlıq yaranmışdır. Sadaladığı dörd əsas istiqamət barədə bir qədər ətraflı danışan səfir 11 sentyabr hadisələrindən sonra ölkəmizin atdığı konkret addımlar haqqında senatorlara məlumat vermişdir. Azərbaycanı İraqın tərksilah edilməsi üzrə koalisiyanın fəal üzvü adlandıran diplomat buna görə ölkəmizə minnətdarlığını bildirmişdir. «Dağlıq Qarabağ məsələsinin həlli bölgədə tərəqqinin açarıdır» - deyən Reno Harniş ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulamışdır. Bununla yanaşı, səfir etiraf etmişdir ki, bu il Ermənistanda və Azərbaycanda seçkilər ili olduğundan sülh danışıqlarında irəliləyişə çox guman etmir. Seçkilərdən sonra isə ABŞ digər həmsədrlərlə birgə münaqişənin həlli yolunda daha çevik və mərkəzləşmiş qaydada səylərini davam etdirəcəkdir.
Namizədliyi təsdiqlənərsə, Reno Harniş ABŞ-ın Azərbaycandakı beşinci səfiri olacaqdır. Onun Afrika, Qərbi və Şərqi Avropada ABŞ-ın diplomatik missiyalarında fəaliyyət təcrübəsi var. Reno Harniş alman, italyan, İsveç və bir qədər də ərəb dillərində danışır. Evlidir, iki uşağı var.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbir
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]