“Şəhidlər qazilik nişanəmizdir” adlı ədəbi-bədii kompozisiya təqdim edilib
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbəsindəki Mədəniyyət evində Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialı ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Şəhidlər qazilik nişanəmizdir” adlı əbədi-bədii kompozisiya təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qan yaddaşımızda əbədi yaşayacaq həmin gün faciə ilə yanaşı, xalqımızın müstəqillik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib.
Sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib, “Şəhidlər qazilik nişanəmizdir” adlı əbədi-bədii kompozisiya təqdim edilib.
Sonda Mədəniyyət evinin üzvləri “Ayağa qalx türk oğlu” şeirini ifa ediblər.