ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD OLUNMUŞDUR
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Sərəncamına əsasən hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon və kəndlərində, idarə və müəssisələrində mərasimlər keçirilmiş, Bakıda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər xiyabanına gələrək, qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]