ŞƏHİDLƏRİN XATİRƏSİ UNUDULMAZDIR
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev 20 Yanvar faciəsinin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətindən danışmışdır. O, əmin olduğunu bildirmişdir ki, xalqımız 20 Yanvar şəhidlərinin əziz xatirəsini, qəhrəmanlığını heç vaxt unutmayacaqdır.
“20 Yanvar Fondu” idarə heyətinin sədri Nəsib Azər və şəhid ailələrinin üzvləri mərd mübarizlərin adının əbədiləşdirilməsi üçün son dövrlərdə həyata keçirilən tədbirlərə, şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıq etmişlər.
Görüşün sonunda şəhid ailələrinə maddi yardım təqdim olunmuşdur.