Şəhidlərin xatirəsi xalqın yaddaşında daim yaşayacaqdır
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mikrobiologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Məmməd Salmanov tariximizə qanla yazılan 20 Yanvar hadisələrindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, erməni cəlladlarının da qatıldıqları imperiya ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc, əliyalın insanlara amansız divan tutmuş, günahsız qanlar axıtmışdır.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirmişdir.
İnstitutun direktor müavini Pənah Muradov və digər çıxış edənlər də Qara Yanvarda törədilmiş qanlı cinayətlərdən danışmış, şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]