REGİONLAR
Şəki-Zaqatala bölgəsi üzrə 4379 şagird STEAM layihəsinə cəlb edilib
Şəki, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 17 ümumtəhsil məktəbində 4379 şagird STEAM layihəsinə cəlb edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Balakən rayonu üzrə 1486, Şəki şəhəri üzrə 1061, Zaqatala rayonu üzrə 615, Qəbələ rayonu üzrə 567, Qax rayonu üzrə 493, Oğuz rayonu üzrə isə 247 şagird bilik və bacarıqlarını formalaşdırır, qabiliyyətlərini artırır.
Qeyd edək ki, STEAM layihəsinin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərinin tətbiqi ilə müasir İKT avadanlıqlarından istifadə edə bilmək qabiliyyətlərini yüksəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:05]
Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO
- 01.05.2024 [13:14]
Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb
- 01.05.2024 [13:13]
Oğuzda silahlı şəxs saxlanılıb
- 01.05.2024 [11:53]
Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...
- 01.05.2024 [11:44]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək
- 01.05.2024 [00:22]