Şəkidə 6 otaqlı evin mətbəxi əşyalarla birlikdə yanıb
Şəki, 20 oktyabr, AZƏRTAC
Axşam saatlarında Şəki şəhərinin Hüseyn Sarabski küçəsində Akif Hacıbabayevə məxsus mənzildə yanğın baş verib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin Şəki Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Bildirilib ki, vətəndaşa məxsus 6 otaqlı, ümumi sahəsi 615 kvadratmetr olan mənzilin mətbəxində başlayan yanğının qarşısı yanğınsöndürənlər tərəfindən dərhal alınıb.
Eyni zamanda, görülən təcili tədbirlərlə yanğının genişlənməsinin, digər otaqlara keçməsinin qarşısı alınıb.
Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir
- 04.06.2026 [15:44]
Energetika naziri Ağdamda vətəndaşlarla görüşəcək
- 04.06.2026 [15:24]
Cəlilabadda toy hazırlığına gedənlər qəzaya düşüb, xəsarət alanlar var
- 04.06.2026 [14:44]
Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir
- 04.06.2026 [13:47]
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
- 04.06.2026 [13:04]