Şəkidə Müstəqillik Gününə həsr olunan futbol birinciliyində 21 komanda mübarizə aparır
Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər stadionunda 28 May - Müstəqillik Günü münasibətilə məktəb komandaları arasında futbol üzrə rayon birinciliyi davam edir. Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 21 məktəb komandası mübarizə aparır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayon birinciliyi mayın 28-dək davam edəcək. Yarışın qalibləri idarənin kubok və diplomları ilə mükafatlandırılacaqlar.