Sel suları Naftalanda bir sıra fəsadlar törətmişdir
Naftalan, 20 may (AZƏRTAC). Aramsız yağan yağış Naftalan şəhərində bir sıra fəsadlar törətmişdir.
Naftalan şəhər fövqəladə hallar komissiyasının sədri Arzu Məmmədovun AZƏRTAC-a verdiyi məlumata görə, Goranboy rayonunun Hacallı və Qarqucaq kəndləri ərazisindən Naftalan şəhərinə daxil olan sel suları şəhərin elektrik təsərrüfatına xeyli ziyan vurmuşdur.
Sel suları şəhərin giriş hissəsində 200 metrədək, eləcə də “Cinar” sanatoriyasının 100 metrədək istinad divarını uçurmuşdur. Bundan əlavə, Qasımbəyli kəndində evlərin zirzəmilərini su basmış, təsərrüfatlara xeyli ziyan dəymişdir.
Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]