Şəmkirdə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Şəmkir, 31 mart (AZƏRTAC). Martın 31-də Şəmkirdəki soyqırımı abidəsinin qarşısına yüzlərlə insan toplaşmışdı. Rayonun bütün idarə, müəssisə və təşkilatlarının nümayəndələri əllərindəki tər qərənfilləri abidə önünə düzərək, erməni daşnaklarının gülləsinə tuş gəlmiş şəhid soydaşlarımızın ruhlarına ehtiramlarını bildirmişlər.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətindən, 1918-ci il martın 31-də həyata keçirilən kütləvi qırğınlardan, eləcə də qırğınlar zamanı ermənilərin insanlığa sığmayan vəhşiliklərindən danışmışdır. Sonra rayon ağsaqqalları, ziyalılar ürək sözlərini söyləmiş, tarix boyu ermənilərə havadarlıq edən dünya ölkələrinə münasibətlərini bildirmişlər.
Sonda məktəblilərin ifasında azərbaycanlıların soyqırımını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]