Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmsi Bədəlbəylinin həyat və yaradıcılığı “Cənnətim Qarabağ” rubrikasında

Bakı, 29 oktyabr, AZƏRTAC

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat mədəniyyət tariximizin əbədiyaşar simalarından olan Bədəlbəylilər şəcərəsinin növbəti nümayəndəsi, Azərbaycanın tanınmış teatr rejissoru, Xalq artisti Şəmsi Bədəlbəyliyə həsr olunub.

Şəmsi Bədəl oğlu Bədəlbəyli 1911-ci ilin fevral ayının 23-də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası məşhur Bədəlbəylilər soyadını daşıyan maarifpərvər pedaqoq və ictimai xadim olan Bədəl bəy, anası isə xan nəslinə mənsub Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi Rəhimə xanımdır. İstər atası Bədəl bəyin, istərsə də əmisi Əhməd Ağdamskinin dövrün qabaqcıl ziyalıları kimi milli teatrımızın dirçəlişində göstərdikləri özünəməxsus xidmətləri hər kəsə bəllidir. Gənc yaşlarından Azərbaycanın bir çox görkəmli alimləri, yazıçıları, bəstəkarları, ictimai xadimləri - Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və başqaları ilə məsləkdaş olan Bədəl bəy bir müəllim kimi ömrünün böyük hissəsini xalqın maariflənməsinə sərf edib. Bu səbəbdən övladlarının da ali savada yiyələnmələrinə xüsusi diqqət yetirib. Elə uşaq vaxtından günbəgün elmə, ədəbiyyata meyli artan balaca Şəmsinin böyüyəndə atası kimi müəllim olmaq arzusu orta məktəbi bitirdikdən sonra onu 1923-cü ildə Bakı Pedaqoji Texnikumuna gətirib çıxarır. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən gənc Şəmsi ali pedaqoji təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. O, burada xalq çalğı alətləri şöbəsində və kompozisiya nəzəriyyəsi sinfində dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alır. Tələbəlik illərində Milli Dram Teatrının kiçik orkestrində tarda ifa etməklə yanaşı, həvəskar aktyor kimi tamaşalarda oynayır. Böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin görkəmli dramaturq Cəfər Cabbarlı ilə tanışlığı, onların teatr sənəti ilə bağlı söhbətləri Şəmsidə rejissorluq sənətinə maraq yaradır. Yaş fərqlərinə baxmayaraq C. Cabbarlı ilə dostluq etməyə başlayan bu istedadlı gənc ilk vaxtlarda dramaturqun yanında rejissor assistenti kimi fəaliyyət göstərir. Artıq cavan çağlarından Azərbaycan səhnəsinin korifeyləri Abbas Mirzə Şərifzadənin, Mirzəağa Əliyevin, Mərziyə Davudovanın, Ülvi Rəcəbin yaratdıqları təkrarolunmaz obrazları səhnədə görən Ş.Bədəlbəyli teatrda Aleksandr Tuqanov, İsmayıl Hidayətzadə kimi rejissorların iş prosesini izləmiş, Mustafa Mərdanov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, Fatma Qədri, Barat Şəkinskaya kimi aktyorların istedadının parlamasının şahidi olmuşdur. Burada rejissorluq sənətinin sirlərinə az-çox bələd olan Ş.Bədəlbəyli təcrübəsini artırmaq üçün bir müddətliyinə Moskvaya gedir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrının rejissor heyətinə işə qəbul edilən Ş. Bədəlbəylinin ilk müstəqil işi 1939-cu ildə tamaşaya qoyulan Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olur. Bundan sonra o, həmin teatrda on illik əmək fəaliyyəti ərzində həm milli, həm də rus və qərb ədəbiyyatının ən gözəl nümunələrinə səhnə həyatı verir. Xüsusilə rejissor Məcid Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsi üzrə işi Ş.Bədəlbəylinin komediya janrında istedadını üzə çıxarır.

Böyük Vətən müharibəsi ərəfəsində müxbir kimi İrana göndərilən Ş.Bədəlbəyli Təbrizdə "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin redaksiyasında işləyir. Burada onun rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar bəy Hacıbəylinin “Evliykən subay”, “Əlli yaşında cavan” operettaları tamaşaya qoyulur.

1943-cü ildə vətənə döndükdən sonra Ş.Bədəlbəyli Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər vəzifəsinə təyin olunur. İlk öncə kollektivi yenidən yığmaq, repertuarı bərpa etmək, kimi vacib məsələləri həll edən rejissor, eyni zamanda, teatrın fəaliyyətinə bəstəkarları və librettoçuları cəlb etməklə yeni musiqili komediyaların yaranmasına təkan verir. Bu da çətin dövrünü yaşayan Musiqili Komediya teatrını, sözün əsl mənasında, böhranlı vəziyyətdən çıxarır. Onun rejissorluğu ilə bu sənət ocağının səhnəsində bir sıra Azərbaycan bəstəkarlarının musiqili komediyaları orijinal quruluşda göstərilir. Təəssüflər olsun ki, bütün bu nailiyyətlərə baxmayaraq, 1948-ci ildə maliyyə çətinliyi səbəbindən Musiqili Komediya Teatrı bağlanır. Bərpadan sonra böyük məmnuniyyətlə yenidən teatra rəhbərliyi öz üzərinə götürən Ş.Bədəlbəyli müəyyən fasilələrlə buradakı vəzifəsini davam etdirərək Ü.Hacıbəylinin “O olmasın, bu olsun” , “Arşın mal alan”, V.Dolidzenin “Keto və Kote”, S.Rüstəmovun “Durna”, “Rəisin arvadı”, F. Əmirovun “Gözün aydın”, A.Məlikovun “Ləpələr”, S.Ələsgərovun “Ulduz”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, V.Adıgözəlovun “Nənəmin şahlıq quşu”, E.Sabitoğlunun “Hicran” musiqili komediyalarına yeni quruluşlar verir.

Musiqili Komediya Teatrının bağlandığı ərəfədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifəsində çalışan Ş. Bədəlbəyli milli və dünya musiqi klassikasına müraciət edərək Ü.Hacıbəylinin "Koroğlu", "Əsli və Kərəm", C.Rossininin "Sevilya bərbəri", A.Borodinin "Knyaz İqor", Z.Paliaşvilinin "Daisi", həmçinin, Azərbaycan bəstəkarlarının yeni əsərlərini - S.Ələsgərovun "Bahadır və Sona", V.Adıgözəlovun "Ölülər", Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" kimi operaları tamaşaya hazırlayır.

Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli klassik və milli musiqinin təbliği, Azərbaycan Dövlət Simfonik orkestrinin, Dövlət mahnı və rəqs ansamblının professional ifaçılıq səviyyəsinin artırılması, istedadlı gənclərin teatra cəlb olunması istiqamətində mühüm işlər görüb. 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində işləyən rejissorun təşəbbüsü burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşalarının təşkil olunduğu "Dostluq" teatrı da yaradılıb.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. “O qızı tapın” (1970), “Axırıncı aşırım” (1971), “Xatirələr sahili” (1972), “Ömrün səhifələri” (1974) və s. kimi bir sıra bədii və sənədli filmlərdə aktyor kimi iştirak edib. Bu gün də həmin filmlərə baxanda Şəmsi Bədəlbəylinin bir aktyor kimi də istedadı diqqəti çəkir.

Musiqili teatr sənətimizin inkişafında göstərdiyi böyük xidmətlərə görə Ş.Bədəlbəyli 1943-cü ildə Əməkdar artist, 1964-cü ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Bütün yaradıcılığı boyunca milli mədəniyyətimizin, teatr və musiqi sənətimizin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli 1987-ci il may ayının 23-də vəfat edib və Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Onu da qeyd edək ki, Bədəlbəylilər şəcərəsinin davamçısı olan, Şəmsi Bədəlbəylinin oğlu bəstəkar, musiqişünas, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli ata-babalarından irsən keçən şərəfli yolu ləyaqətlə davam etdirməkdədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq