Sentyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 17-21°, gündüz 29-31° isti, günün birinci yarısında 29-31°, axşama doğru 22°-yə yaxın olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 28-30° isti, axşama doğru 22°-yə yaxın isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 23-25° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və səhər duman, çiskin olacaqdır. Lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 15-20°, gündüz 24-28° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 26-31° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20°, gündüz 25-30°, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Bir müddət davam edən mülayim və isti hava şəraitinin sentyabrın 23-ü axşamdan 25-dək qısamüddətli dəyişməsi, xəzri küləyinin arabir güclənməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi və temperaturun ötən günlərlə müqayisədə 4-6° aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.