Separatçılar Almaniyada izləri tələsik silirlər
Berlin, 23 may, AZƏRTAC
Ermənistan tərəfindən işğal olunmuş Qarabağda onun idarə etdiyi oyuncaq rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb!
AZƏRTAC xəbər verir ki, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul edib. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də sadəlövh alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər. İndi artıq Almaniyada “dəvət edən” mövcud deyil.
Həmçinin qondarma “Arsax Respublikası”nın AFR-dəki səfiri” Arutyun Qriqoryanın “facebook”da profili də ləğv edilib. O, öz-özünü ləğv edib. Bəlkə elə profil də azərbaycanlı istifadəçilərin müraciətindən sonra sosial şəbəkənin administrasiyası tərəfindən bağlanıb.
Həmçinin xəbər verilir ki, Berlində fəaliyyət göstərən “Avropa Arsax tədqiqatları mərkəzi” də bu günlərdə bağlanılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [16:40]
Azərbaycan Rusiyaya nota verib VİDEO
- 06.07.2026 [15:17]
Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olub
- 05.07.2026 [20:28]
Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
- 05.07.2026 [18:22]