Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına Dağıstanda hazırlaşırlar
Bakı, 25 may, AZƏRTAC
Sərbəst güləş üzrə millimiz Olimpiya Oyunlarına hazırlığı davam etdirir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığmamız mayın 17-dən etibarən baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahaçqalada təlim-məşq toplanışı keçir.
Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) iştirak edirlər. Təlim-məşq toplanışı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmaları əhatə edir.
Komandamız iyunun 8-dən 13-dək Varşavada keçiriləcək "Poland Open" turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək. Daha sonra isə reytinq turnirində iştirak etmək üçün Polşaya yollanacaq.
Qeyd edək ki, həmin yarışda ölkəmizi təmsil edəcək yunan-Roma və qadınlardan ibarət millilərimizin üzvləri də ölkə xaricindədir. Qadın güləşçilərimiz mayın 24-də Bolqarıstanda yerli komandayla birgə təlim-məşq toplanışına başlayıb. Klassik güləşin nümayəndələri sabahdan Macarıstanda hazırlıq prosesinə start verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]