“Sərhədçi” basketbolçularının Azərbaycan çempionatında növbəti qələbəsi
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” basketbolçuları arasında 16-cı turun daha bir oyunu olub.
AZƏRTAC xəbər verir ki, matça üstün başlayan “Sərhədçi" basketbolçuları yekunda parketdən 86:77 hesablı qələbə ilə ayrılıblar.
Görüşdə ən məhsuldar basketbolçular “Sərhədçi”də Keron Beyker (21 xal, 2 asist ), “Neftçi”də Davit Lomidze (20 xal, 3 ribaund) olublar.