“Sərhədçi” İdman Mərkəzində “Dəmir yumruq” adlı həvəskar çempionat keçiriləcək
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 27-28-də “Sərhədçi” İdman Mərkəzində “Dəmir yumruq” adlı həvəskar çempionat keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “RM” idman klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarışda kikboksinq, Braziliya ciu-citsu və MMA idman növləri üzrə döyüşlər baş tutacaq.
Yarışda MMA üzrə döyüşlərə “ASED Fighting Championship” (AFC ASED) təşkilatı, Braziliya ciu-citsu üzrə yarışlara Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyi, “Qarabağ” döyüş klubu, kikboksinq görüşlərinə isə Azərbaycan Kikboksinq Federasiyası rəhbərlik edəcək.