Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə
Bakı, 12 yanvar, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, yanvarın 12-də keçirilən növbəti mühazirədə institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi dosent Aygün Əlizadə “Nəşrlər qarşısında qoyulan tələblərin izahı” mövzusunda çıxış edib. A.Əlizadə mövzu ilə bağlı bir çox məsələləri izah edib, həmin məsələlərdən öz təcrübəsi əsasında “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda məqalələrin çapı qaydalarını iştirakçılarla bölüşüb. Müəlliflərə məqalənin daha tez çapı üçün hansı qaydalara əməl etmələri tövsiyə olunub.