Şərur rayonunda hərbi hissələrə sovqat aparılıb
Şərur, 17 iyun, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunda tədarük edilən meyvə və tərəvəz məhsulunun bir hissəsi hərbi hissələrə sovqat aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, son bir neçə gün ərzində bölgənin idarə, müəssisə, təşkilatları və ailə təsərrüfatçıları ənənəyə sadiq qalaraq müxtəlif hərbi hissələrə 45 tondan artıq meyvəni hərbi hissələrə təhvil veriblər. Muxtar respublikanın digər sakinləri kimi şərurlular da bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Əsgərlərə mənəvi dəstək olmaq, sovqatlar göndərmək xalq-ordu birliyini təcəssüm etdirən unikal ənənə kimi bundan sonra da davam etdiriləcək.
Sovqatların təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə hərbi hissənin zabiti Tural Abdullayev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonda gətirilən məhsullar hərbi hissəyə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:02]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:50]
Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
- 15.10.2026 [21:35]