Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilib

Şərur, 6 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası 2014-cü ili bütün sahələrdə qazanılan uğurlarla başa vurdu. Ötən il quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişlənib, 30-a yaxın kənd yaşayış məntəqəsində müxtəlif təyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ardıcıl şəkildə aparılan quruculuq işləri kəndlərdə infrastrukturun yenilənməsinə, əhalinin rahatlığının təmin olunmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində yanvarın 6-da Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilib.

2015-ci ildə ilk məktəb binası Püsyan kəndində istifadəyə verilib 

Yanvarın 6-da Püsyan kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə məktəbin direktoru Ülkər Nağıyeva çıxış edərək deyib ki, Püsyan kəndi muxtar respublikanın müasir yaşayış məntəqələrinin sırasına qoşulub. Aparılan quruculuq işləri digər sahələrlə yanaşı, kənddə təhsilin inkişafına da öz töhfəsini verəcəkdir. Hər cür maddi-texniki bazaya malik olan müasir məktəb binasının istifadəyə verilməsini kollektiv, eləcə də kənd sakinləri sevinclə qarşılayırlar.

Ülkər Nağıyeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Püsyan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara gələcək tədrisdə uğurlar arzulayaraq deyib: Bu gün ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir. Bu amili yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.

Ali Məclisin Sədri deyib: Hər bir gənc orta məktəbdə təhsil almaqla yanaşı, həm də peşə seçməli, özünü ölkənin gələcəyinə hazırlamalıdır. Ölkəmizdə bu məsələ daim diqqət mərkəzində saxlanılır, təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çünki təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğı, təhsilə qoyulan sərmayə isə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu amil hər bir ölkənin gələcək inkişaf yolunun təhsildən keçdiyini bir daha təsdiq edir. Püsyan kənd tam orta məktəbi üçün yeni binanın istifadəyə verilməsi, yaradılan müasir tədris şəraiti də ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Məktəbdə elektron lövhəli siniflər, internetə qoşulmuş kompyuter otaqları, laboratoriyalar, hərbi kabinə, idman qurğuları və digər müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Bütün bunlar da məktəbdə təhsilli və sağlam gənc nəslin yetişdirilməsinə imkan verəcəkdir. Gənclərə yaxşı təhsil vermək, onları gələcəyə hazırlamaq, hər bir şagirdə bacarığına uyğun olaraq peşə seçimində kömək göstərmək müəllimlərin qarşısında duran əsas vəzifələrdir.

Məktəbin təhsil sahəsindəki nəticələrinə diqqəti çəkən Ali Məclisin Sədri deyib: Püsyan kənd tam orta məktəbinin nailiyyətləri muxtar respublikanın ümumtəhsil məktəblərinin orta göstəricilərindən aşağıdır. Ona görə də müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbin nailiyyətləri artırılmalıdır. Bu işdə məktəb kollektivi ilə yanaşı, kənd ictimaiyyətinin nümayəndələri, xüsusilə ailələr yaxından iştirak etməli, məktəb-ailə münasibətləri düzgün qurulmalı, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 4 mərtəbədən ibarət olan məktəb binası 792 şagird yerlikdir. Binada 46 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompyuter otağı, 2 müəllimlər otağı, 4 elektron lövhəli sinif, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilib.

Məktəbin kitabxana fondunda 8 mindən artıq kitab vardır. Kimya, biologiya və fizika laboratoriyalarında müxtəlif cihaz və alətlər qoyulub, müasir tədris şəraiti yaradılıb.

Ali Məclisin Sədri birinci siniflərdə oxuyan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2014/2015-ci tədris ilində Püsyan kənd tam orta məktəbində birinci sinfə 31 şagird qəbul olunub. Şagirdlərin məktəbəhazırlıq kurslarına cəlb edilməsi onların ilk günlərdən məktəb auditoriyasına uyğunlaşmasına, keçirilən dərs və məşğələlərdə fəal iştirakına səbəb olub.

Kompyuter siniflərində 38 kompyuter dəsti quraşdırılıb və internetə qoşulub. Bu da məktəbdə yeni texnologiyaların imkanlarından səmərəli istifadə olunmasına, eləcə də tədrisyönümlü saytlar vasitəsilə keçirilən mövzuların daha dərindən qavranılmasına şərait yaradacaqdır.

Elektron lövhəli siniflər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu avadanlıqlar təhsil ocaqları arasında elektron tədris mübadiləsinin aparılmasına, müştərək dərslərin keçirilməsinə imkan verir.

Baxış zamanı muxtar respublikanın 210 ümumtəhsil məktəbi ilə Cəmşid Naxçıvanskinin ev-muzeyi arasında interaktiv əlaqə yaradılıb və keçirilən dərs nümayiş olunub.

Məktəbdə şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsi və vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Son illər Püsyan kənd tam orta məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə 21 şagird qəbul olunub. Onlardan 5-i hazırda müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirir. Hərbi kabinədə yaradılan şərait gənclərin bu sahəyə olan marağını daha da artıracaqdır.

Püsyan kənd tam orta məktəbində idman dərslərinin yüksək səviyyədə tədris olunması üçün bütün imkanlar yaradılıb, müasir idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Təhsil hər bir ölkənin inkişaf göstəricisidir. Bu gün təhsil sahəsində qazanılan nailiyyətlər ölkəmizin gələcəyinin uğurlu olacağından xəbər verir. Muxtar respublikada da təhsilin inkişafına xüsusi diqqət yetirilir. Göstərilən qayğının nəticəsidir ki, muxtar respublikada orta, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrinin fəaliyyəti təmin olunmuşdur. Məktəblərdə gənclərin bilikli, vətənpərvər və dünyagörüşlü formalaşması diqqət mərkəzində saxlanılmalıdır. Püsyan kəndində müasir məktəb binasının istifadəyə verilməsi gələcəkdə nailiyyətlərin daha da artırılmasına imkan verəcək, məktəb muxtar respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevriləcəkdir.

Məktəbin müəllimləri Saqiyə Quliyeva və Ərkinaz Abbasova pedaqoji kollektiv adından minnətdarlıq edib, təhsilli və vətənpərvər gənclər yetişdirəcəklərinə söz veriblər.

Məktəbin həyətində də geniş abadlıq işləri aparılıb. 

Püsyan kənd həkim ambulatoriyasında sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcəkdir 

Muxtar respublikanın kəndlərində aparılan tikinti-quruculuq işləri kompleks xarakter daşıyır. Ən ucqar kəndlərdə belə bütün zəruri istiqamətlər üzrə, o cümlədən səhiyyə sahəsini əhatə edən müasir obyektlər tikilib istifadəyə verilir. Püsyanda xəstəxana tipli həkim ambulatoriyasının inşa olunması da kənddə həyata keçirilən kompleks quruculuq işlərinin tərkib hissəsidir.

Yanvarın 6-da həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, ikimərtəbəli ambulatoriya 13 otaqdan ibarətdir. Burada baş həkim, ginekoloq, doğuş, pediatr, peyvənd, mama, tibb bacısı, qeydiyyat, müayinə, manipulyasiya otaqları, stomatoloji kabinə, palata və aptek vardır.

Səhiyyə ocağında müasir avadanlıqlar quraşdırılıb, tibb işçilərinin səmərəli fəaliyyəti təmin olunub. Bu da sakinlərə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir.

Ali Məclisin Sədri kənddə tibbi maarifləndirmə işinin aparılmasının, uşaq və hamilə qadınların vaxtlı-vaxtında müayinədən keçirilməsinin vacibliyini vurğulayıb, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib.

Binada müasir istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, gül-çiçək əkilib.

Kənd mərkəzində dövlət qurumlarının səmərəli fəaliyyəti təmin olunub

Püsyan kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunub.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin də açılışını edib.

Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 70 yerlik iclas zalı yerləşir. Ayrı-ayrı təşkilatların bir mərkəzdə fəaliyyət göstərməsi əhaliyə nümunəvi xidmət göstərilməsinə imkan verəcəkdir.

Mərkəzdə kitabxana işi də səmərəli təşkil olunub, 6 mindən artıq ədəbiyyat fondu olan kitabxana yaradılıb.

Müasir texnoloji avadanlıqlarla təchiz olunan rabitə evində elektron ATS quraşdırılıb, poçt bölməsinin fəaliyyəti təşkil olunub. Hazırda burada Püsyan və Təzəkənd kəndlərini əhatə etməklə 455 abonentə telefon xidməti göstərilir.

Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də iş otağı ayrılıb. Hazırda təşkilatın 243 üzvü vardır. Onlardan 92-si gənclər, 46-sı isə qadınlardır.

Baytarlıq məntəqəsi Püsyan və Təzəkənd kəndlərini əhatə edir. Məntəqədə lazımi dərman preparatlarının və səyyar tibb avadanlıqlarının qoyulması profilaktika tədbirlərinin vaxtında təşkilinə imkan verəcəkdir.  Bildirilib ki, Püsyan kəndində 4 min başdan artıq iribuynuzlu, 13 min baş xırdabuynuzlu və 14 min baş quş saxlanılır. Mütəmadi olaraq təsərrüfatlarda dezinfeksiya işlərinin aparılması, süni mayalanma tədbirlərinin genişləndirilməsi xəstəliklərin qarşısının alınmasına və mal-qaranın baş sayının ilbəil artmasına səbəb olub.

Püsyanda xidmət mərkəzi istifadəyə verilib

Həmin gün Püsyan kəndində yeni xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.

İki mərtəbədən ibarət olan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla 3 mağaza fəaliyyət göstərir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin lazımi ərzaq və sənaye mallarına olan tələbatları öz kəndlərində ödəniləcəkdir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşüb və deyib ki, Püsyan kəndinin sakinləri zəhmətkeş insanlardır. Kəndin tarixən yaxşı ənənələri olub, ölkəmizdə və ondan kənarda tanınan ziyalılar yetiribdir. Gələcəkdə də kənddə inkişafın davamlı olması üçün ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Kənddə aparılan quruculuq işləri, yaradılan müasir infrastruktur dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Bundan sonra əsas vəzifə sakinlərin, kənd ictimaiyyətinin üzərinə düşür. Tikilənlər, qurulanlar qorunub saxlanılmalı, onlardan səmərəli istifadə olunmalı, təsərrüfatlar inkişaf etdirilməlidir.

Kənd sakini Şükür Əsgərli deyib ki, Püsyan kəndində məktəb binasının, həkim ambulatoriyasının, müasir yolun, kənd və xidmət mərkəzlərinin tikintisi sakinlərin böyük sevincinə səbəb olub. Hələ ötən əsrin 90-cı illərində muxtar respublikada ilk dəfə özəl nümunəvi təsərrüfat Püsyan kəndində yaradılıb, yeraltı suvarma şəbəkəsi qurulub. Bu gün də sakinlər bundan geniş istifadə edirlər. Ötən dövrdə kənddə həyata keçirilən tədbirlər insanların rahat yaşayışına səbəb olub. Kənd sakinləri əmindirlər ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirilməsi Azərbaycanı və onun hər bir yaşayış məntəqəsini daha sürətli inkişafa qovuşduracaqdır. Püsyan kənd sakinləri bundan sonra da dahi şəxsiyyətin siyasi xəttinə sadiq qalaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

X            X               X

Aparılan kompleks tikinti-quruculuq işləri zamanı Naxçıvan-Sədərək magistral avtomobil yolundan Püsyan kəndinədək, eləcə də kənddaxili  5,4 kilometr yola asfalt örtük salınıb, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunub, yol nişanları quraşdırılıb. Yolun uzunmüddətli istismarı məqsədilə də zəruri tədbirlər görülüb, 33 su keçidi, 940 metr məsafədə beton kanal çəkilib, 10 kilometr məsafədə məhəllələrarası yollar təmir olunub. Həmçinin kəndin rabitə, elektrik, qaz və su təchizatı da yaxşılaşdırılıb. Kənddaxili 400 metr fiber-optik, ümumi uzunluğu 14,7 kilometr olan yerüstü və 2,5 kilometr olan yeraltı rabitə, 1,5 kilometr elektrik xətləri çəkilib. Həmçinin yeni tikililərə 360 metr uzunluğunda qaz xətti çəkilib, 478 metr suvarma kanalı və 590 metr kənddaxili su arxları təmizlənib.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni xidmət kompleksi tikilir

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işləri Kəngərli rayonunun da simasını başdan-başa dəyişib. Rayon mərkəzi Qıvraq qəsəbəsində yeni inzibati binaların və sosial obyektlərin inşası ilə yanaşı, müxtəlif xidmət sahələrinin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsində yeni xidmət mərkəzi kompleksi inşa olunur.

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsinə gəlib, obyektdə aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, kompleksə 3 mərtəbəli ticarət mərkəzi, mağazalar, şadlıq evi və digər xidmət sahələri daxildir. Ticarət mərkəzinin birinci mərtəbəsində qapalı bazar, ikinci mərtəbəsində müxtəlif təyinatlı dükanlar, üçüncü mərtəbəsində isə 300 yerlik şadlıq evi yerləşəcəkdir. Həmçinin binanın həyətində 12 mağaza və açıq bazar fəaliyyət göstərəcəkdir. Hazırda obyektdə son tamamlama işləri görülür. Müasir dizayn əsasında inşa olunan binada insanların istirahəti və asudə vaxtları səmərəli təşkil olunacaq, qəsəbə sakinlərinə nümunəvi iaşə xidməti göstəriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb