Səudiyyə Ərəbistanı İran səfirliyinin bir neçə əməkdaşını “arzuolunmaz şəxslər” elan edib
Qahirə, 22 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığındakı İran səfirliyinin hərbi attaşesi, onun köməkçisi və diplomatik nümayəndəlikdə çalışan digər üç əməkdaşı “arzuolunmaz şəxslər” (persona non-grata) elan olunub və onların 24 saat ərzində ölkə ərazisini tərk etməsi tələb edilib.
AZƏRTAC Səudiyyə Ərəbistanı XİN-in bəyanatına istinadla xəbər verir ki, bu addım İranın bəzi ərəb və digər islam ölkələrinə qarşı davamlı təcavüzü fonunda atılıb.
Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı Krallığı bu təcavüzü şiddətlə qınayır və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz suverenliyini, sabitliyini, ərazi bütövlüyünü və hava sərhədlərini, vətəndaşlarını, orada yaşayan digər vətəndaşları, öz maraqlarını qorumaq üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]