Siemens mütəxəssisləri dünyada ən böyük külək turbini quraşdırmışlar
Bakı, 18 oktyabr (AZƏRTAC). Siemens konserni dünyada ən böyük külək turbininin quraşdırılmasını başa çatdırmışdır. Öz ölçüsünə və gücünə görə rekord külək generatoru - B75 rotoru Danimarkadakı Osterild sınaq meydanında quraşdırılmışdır. Mütəxəssislər rotor pərlərini gətirib nəhəng mexanizmdə quraşdırdıqdan sonra axırıncı mərhələ başa çatmışdır.
B75 rotorunun pərlərinin uzunluğu 74 metrdir. Yeniliyin konstruktorları qeyd etmişlər ki, bu ölçünü Airbus A380 təyyarəsinin qanadları ilə müqayisə etmək olar. Külək generatorunun özünün gücü 6 meqabaytdır.
Xatırladırıq ki, bu ilin yayında Siemens Britaniyanın DONG Energy şirkəti ilə müqavilə bağlamışdır. Bu razılaşmada Böyük Britaniyanın sahil külək-elektrik stansiyalarında 300 belə külək turbininin quraşdırılması nəzərdə tutulmuşdur.
Hazırda Siemens yeni külək generatorlarını sınaqdan keçirir. Konstruktor qrupunun nümayəndələri təsdiq edirlər ki, bir belə turbin təqribən 600 evi elektriklə təmin edə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]