Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür
Bakı, 4 iyul, AZƏRTAC
Hazırda Pxenyanla Vaşinqton arasında danışıqlar prosesini bərpa etməyə ehtiyac yoxdur. Çünki ABŞ bundan yalnız “siyasi alət” kimi istifadə edir.
AZƏRTAC Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu fikri KXDR Xarici İşlər nazirinin müavini Tsoy Son Xi səsləndirib. “Biz ABŞ ilə üz-üzə oturub danışıqlar aparmağa heç bir lüzum görmürük. Çünki onlar ölkələrimiz arasında dialoqa yalnız daxili siyasi böhranı aradan qaldırmaq aləti kimi baxırlar”, - deyə diplomat bildirib.
Bu bəyanat ABŞ dövlət katibinin müavini Stiven Biqanın gələn həftə Cənubi Koreyaya nəzərdə tutulan səfəri ərəfəsində verilib. O, Seulda Şimali Koreya ilə dayandırılmış danışıqlar məsələsini müzakirə etmək niyyətindədir.
Son aylar KXDR-in Koreya Respublikası və ABŞ ilə münasibətləri pisləşib. İyun ayında rəsmi Pxenyan Seulla bütün mövcud rabitə kanalları üzrə təmasları dayandırdığını elan edib və koreyalararası əlaqələr ofisini partladaraq dağıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]