Şirvan Milli Parkında baş verən yanğın söndürülmüşdür
Bakı, 25 may (AZƏRTAC). Mayın 25-də saat 16:15 radələrində Şirvan Milli Parkının ərazisində naməlum səbəblərdən yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirmişdir ki, yanğın zamanı güclü külək səbəbindən alov qısa müddətdə ətraf ərazilərə də yayılmışdır.
ETSN-in və Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə əməkdaşlarının səyləri nəticəsində saat 17:30 radələrində yanğın söndürülmüşdür. Yanğın nəticəsində parkın 3 hektara yaxın ərazisində ot və kol örtüyünə ziyan dəymişdir.
Hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]