Şirvanda 4 nəfərə dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu qoyulub, azyaşlı həyatını itirib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-si saat 01:20-də zəhərlənmə şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.
Bu barədə AZƏRTAC-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı fevralın 12-si saat 15:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.
Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [17:59]
Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir
- 12.02.2026 [17:31]
Qəbələyə ən çox hansı ölkədən turist gəlir?
- 12.02.2026 [17:23]
BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO
- 12.02.2026 [16:57]
Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb
- 12.02.2026 [16:25]
Fermerlərə subsidiya ödənişlərinə başlanılır
- 12.02.2026 [16:13]
Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq
- 12.02.2026 [12:47]