Ötən il SOCAR-ın hasil etdiyi neft və qazın həcmi açıqlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Ötən il SOCAR tərəfindən 66 min metr qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.
Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1 faiz artaraq, 51,5 milyard kubmetr təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil edib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr, istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1 faiz azalıb.
Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan çox neft, 3 milyard kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2 faiz artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [16:53]
Hindistan və Çinin neftə tələbatının artması “qara qızılı” bahalaşdırıb
- 12.02.2026 [16:04]
® “Birbank” debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 12.02.2026 [15:49]
Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
- 12.02.2026 [15:01]
Vergi agenti kimdir və vəzifələri nələrdir?
- 12.02.2026 [14:34]