Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə başlayıb
Bakı, 12 fevral, AZƏRTAC
Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeni xidmət vasitəsilə vətəndaşlar Qurumun fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, həmçinin şikayət və təkliflərini ünvanlaya bilərlər.
Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlardan birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.
Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]