Baş prokuror paytaxtın Suraxanı rayonunda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 12 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 45 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [16:03]
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
- 12.02.2026 [15:48]
Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb VİDEO
- 12.02.2026 [15:20]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə başlayıb
- 12.02.2026 [14:45]
DMA: Bu il daha 1336 nəfər peşə kurslarına cəlb edilib
- 12.02.2026 [12:46]