Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvanşahlar Sarayı Kompleksi Аzərbаycаn mеmаrlığının möhtəşəm nümunəsi kimi

Bakı, 6 avqust (AZƏRTAC.Türkan Abdullayeva). Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksi yerli sakinlərin və şəhərimiz qonaqlarının ən çox maraqlandığı və görmək istədiyi məkanlardandır.

Bu kompleks cari ilin martından qonaqları özünün müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayır. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunub və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın “Arteks” şirkəti ilə birgə həyata keçirilib.

Tarixi memarlıq abidəsində yaradılmış yeni ekspozisiya haqqında daha geniş məlumat əldə etmək üçün AZƏRTAC-ın əməkdaşı Şirvanşahlar Sarayı Kompleksində olaraq reportaj hazırlayıb. Həmin materialı təqdim edirik.

Yarım əsr bundan əvvəl muzey kimi fəaliyyətə başlamış Şirvanşahlar sarayı sentyabrın 19-da bir kompleks kimi 50 illiyini müxtəlif tədbirlərlə qeyd edəcək.

Yeni yaradılmış ekspozisiyalarda saray kompleksinin fondlarında olan 500 əşya da ziyarətçilərə nümayiş etdirilmək üçün zallara yerləşdirilib. Artıq birinci mərtəbədə də böyük stasionar ekspozisiya açılıb. Burada Bayıl qəsrinin daşları sərgilənir. Həmçinin bu daşların 1946-cı ildə suyun altından çıxarıldığını əks etdirən sənədli film də nümayiş olunur. Bayıl daşlarının 40 fraqmentinin üzərində Dərbəndi sülaləsindən olan 10 şirvanşahın adı yazılıb. Sarayın həm orta həyətində, həm də birinci mərtəbəsində bu daşları görmək olar.

Şirvanşahlar sarayı XII-XVI əsrlərdə inşa edilib, əsas abidələri isə XIV-XV əsrlərdə tikilib.

Saray kompleksi yuxarı, orta və aşağı olmaqla 3 həyətdən ibarətdir və onun ərazisində 9 abidə yerləşir. Divanxana və sarayın yaşayış binası yuxarı həyətdədir. Divаnхаnа 8 guşəli rоtоndаdаn ibаrət оlub, 12 tərəfli günbəzlə tаmаmlаnır. Tikilidə rəsmi qəbul və divаn işləri aparılıb. Bəzi alimlərin fikrincə, divanxananı Şirvanşah hökmdarı Fərrux Yasar özünə türbə kimi inşa etdirib. Lakin o, 1500-cü ildə Cabanı döyüşündə Səfəvilərə məğlub olduqdan sonra yandırılaraq öldürüldüyünə görə bu türbədə dəfn edilməyib.

Mütəxəssislər abidənin səkkiz guşəli formasını cənnətin səkkiz qapısına dair dini baxışlarla əlaqələndirirlər.

Sarayın yaşayış binasında şirvanşah və onun ailə üzvləri, eyni zamanda saray xidmətçiləri yaşamışlar. İlk vахtlаr sаrаydа 52 оtаq vаrmış, оnlаrdаn 27-si birinci, 25-ci isə ikinci mərtəbədə yеrləşirmiş. Hazırda ikinci mərtəbədə 15 otaq qorunub saxlanılır. Birinci mərtəbədə sarayın mətbəxi, anbarı yerləşib. Xidmətçilər, rəssamlar, xəttatlar birinci mərtəbədə yaşayıb fəaliyyət göstəriblər. Hazırda burada xidmətçilərin iş gördüyünə vizual olaraq baxmaq olar.

İkinci mərtəbədəki gözləmə zalı XV əsrdə inşa olunduğu kimi dövrümüzə qədər gəlib çatan yeganə otaqdır. Burada qismən təmir işləri aparılıb. Quraşdırılmış monitorda Şirvanşahlar dövlətinin şəcərəsini və xəritəsini görmək olar.

Burada yerləşən taxt-tac salonu qədim dövrlərdə hökmdarın oturduğu əsas zal olub. Sarayın taxt-tac zalının tərtibatı, eksponatlar və videotəqdimatlar Şirvanşahlar dövrünün ab-havasını və interyer elementlərini təsəvvür etməyə imkan yaradır. Eyni zamanda, ekspozisiyada şahlıq dövrünə aid əşyalar, qədim musiqi alətləri də sərgilənir. Quraşdırılmış “iPad”lər vasitəsilə bu musiqi alətləri haqqında məlumat verilir və onların səslərini eşitmək olar.

Şirvanşahlar dövründə mavi kaşı parçalarla bəzədilmiş sarayın gümbəzi indi virtual təqdim edilir. Məlumat üçün bildirək ki, 1723-cü ildə I Pyotrun generalı Matyuşkin Bakıya gələn zaman Xəzər dənizindən top mərmiləri ilə şəhəri üç istiqamətdə atəşə tutub. Nəticədə sarayın gümbəzi dağıdılıb. Bu hadisə müasir texnologiya vasitəsilə virtual təqdim edilir.

Saray yaşayış binasının ayrı-ayrı otaqlarında quraşdırılmış monitorlarda miniatür sənətinə, xəttatlıq sənətinin sirlərinə dair maraqlı əsərlər nümayiş olunur.

Otaqların ekspozisiyalarında bəzək əşyaları, arxeoloji qazıntılardan aşkar olunmuş saxsı qablar, rəssamlarımızın Şirvan-Abşeron memarlıq qrupu abidələrini əks etdirən əsərləri, insan sifətinin təsvirləri, əsatiri təsvirlər, etnoqrafik, XVIII-XX əsrlərə aid əşyalar, milli geyim nümunələri də yer alıb.

Yaşayış binasının ziyafət salonunda hazırda İçərişəhərin maketi nümayiş olunur. Ümumilikdə 22 hektar ərazisi olan İçərişəhərdəki 32 tarixi memarlıq abidədən 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir.

Saray yaşayış binasının birinci mərtəbəsində Bayıl qəsrinin daş kitabələrindən ibarət ekspozisiyanı görmək olar. Suyun içində nümayiş olunan maketdə Bayıl qəsrinin Xəzər dənizinin suları altında qalmış özülləri nümayiş olunur. Bayıl qəsri 1234-1235-ci illərdə Xəzər dənizində Bakı buxtasından 640 metr aralıda ada üzərində inşa edilmiş və şirvanşahların dənizdən müdafiə qalası olmuşdur. Bəzi alimlər bu qalanın həm də liman xarakteri daşıdığını ehtimal edirlər.

1306-cı ildə Xəzər dənizində baş vermiş güclü zəlzələ nəticəsində qəsr tamamilə dağılıb. XVIII əsrdən başlayaraq dəniz suyunun səviyyəsi aşağı enməyə başlayır və XX əsrdə artıq insanlar Bakı buxtasında daş kitabələri adi gözlə görə bilirlər. Tədqiqatlar nəticəsində 690 ədəd daş fraqment aşkara çıxarılıb.

Şirvanşahlar Sarayı Kompleksinin orta həyətində Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bu, eyni zamanda “Dərviş türbəsi” də adlanır. Saray alimi, eyni zamanda sufizmin xəlvətiyyə təriqətinin yaradıcılarından biri olmuş Seyid Yəhya Bakuvi vəfat etdikdən sonra I Xəlilullahın əmri ilə orta həyətdə dəfn edilmişdir. Türbə iki hissədən ibarətdir.

Şərq darvazası portalı - Murad qapısı 1585-1586-cı illərdə Osmanlı sultanı III Muradın Bakıya gəlişi ilə əlaqədar olaraq onun şərəfinə inşa edilib. Bəzi alimlərin fikrincə, bu giriş qapısı hər hansı abidəyə giriş üçün nəzərdə tutulub. Ola bilsin ki, həmin abidə ya tam inşa edilməmiş, ya da dövrümüzə gəlib çatmamışdır.

Digər fikirlərə görə isə Sultan III Murad məhz bu giriş qapısını Seyid Yəhya Bakuvinin türbəsini ziyarət etmək üçün tikdirib.

Sarayın aşağı həyətində Şah məscidi, Şirvanşahların ailəvi türbəsi, saray hamamı və ovdan yerləşir.

Şah məscid iki otaqdan və üç giriş qapısından ibarətdir. Otaqlardan birində kişilər, digərində isə qadınlar ibadət etmişlər. Qapıların birindən şah və onun ailə üzvləri, digər iki qapıdan isə qadınlar və kişilər məscidə daxil ola bilərmişlər. Məscidin dörd tərəfində kiçik oyuqlar var. Həmin oyuqlarda xüsusi ölçüdə saxsı küplər yerləşdirilib. Bu saxsı küplərin dar ağızları məhz məscidin içərisinə doğru istiqamətlənmiş formadadır ki, bu da akustikanın yaranması üçün nəzərdə tutulub.

Türbədə Şirvanşah I Xəlilüllah və onun ailə üzvləri dəfn olunub. Türbənin giriş qapısının üzəri naxış elementləri və yazılarla bəzədilmişdir. Qapının üzərində Şirvanşah I Xəlilüllahın bu işıqlı türbəni öz anası və 7 yaşlı oğlu üçün tikdirdiyi qeyd olunub. Lakin sonradan şahın digər ailə üzvləri, həmçinin hökmdarın özü də bu türbədə dəfn edilib.

Sarayın aşağı həyətinə enərkən pilləkənlərin hündürlüyü hər zaman diqqət çəkir. Bunun səbəbi ondadır ki, Şirvanşah I Xəlilüllahın boyu iki metrdən çox olduğuna görə pilləkənlər hündür düzəldilib.

Kompleksin sonuncu abidəsi olan saray hamamı digər abidələrə nisbətən torpaq səviyyəsindən aşağıda yerləşir. Bu, hamamın yayda sərin, qışda isti olması üçün idi. Hamamın üzərində park salınmışdı. Təsadüfən parkda aparılmış qazıntı işləri nəticəsində 1939-cu ildə hamam aşkara çıxarılıb.

Hаmаmа dахil оlаn su, divаr yахınlığındа оlаn оvdаndаn (su аnbаrındаn) qаzаnхаnаyа ахır, оrаdаn isə tikilmiş хüsusi yоllаr vаsitəsi ilə оtаqlаrа pаylаnarmış. Оvdаn 1954-cü ildə təmir-bərpa işləri zamanı аşkаr еdilib.

Beləliklə, Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olarkən bir daha əmin olduq ki, bu tarixi abidə orta əsr Аzərbаycаn mеmаrlığının möhtəşəm nümunələrindəndir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan neftinin qiyməti 97 dollar olub

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib