Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyavuş Kərimi: Tək olanda özümü çox danlayıram - MÜSAHİBƏ

Siyavuş Kərimi: Tək olanda özümü çox danlayıram - MÜSAHİBƏ

Bakı, 6 noyabr, Abdulla Suvar, AZƏRTAC

Görüş yerinə tez gəldiyimizdən günəşin ilıq qəlboxşayan qızartısında Azərbaycan Milli Konservatoriyasının qarşısındakı səliqəli parkda var-gəl edib rektoru gözləyirik. Az keçmir, ətrafı xoş, ecazkar Azərbaycan musiqisinin xoş sədası bürüyür. Tələbələrin canlı ifasında səhər “salamı”nı alıb konservatoriyaya daxil oluruq. Siyavuş müəllimin dərslərin hazırlıq vəziyyəti ilə tanış olduğunu öyrənib bir qədər gözləyirik. Bir azdan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin xoş siması görünür. Bizimlə çox səmimi salamlaşıb, hal-əhval tutduqdan sonra AZƏRTAC-ın suallarını cavablandırır:

-Siyavuş müəllim, noyabrın 9-da 69 yaşınız tamam olacaq. Ad gününüz ölkəmiz, xalqımız üçün olduqca əlamətdar günlərə təsadüf edir. Hansı hisslər keçirirsiniz?

-Noyabr ayına xalqımız üçün qələbə ayı da demək olar. Bu günlər bizim üçün çox dəyərli, tarixi günlərdir. Xalqımız böyük sevinc, qürur hissi ilə Zəfər Gününü qeyd edir. Bu tarixi hadisəni sözlə ifadə etmək çox çətindir. Bu Qələbə bizim 30 illik torpaq həsrətimizə son qoydu və biz bütün dünyada bir millət olaraq nəyə qadir olduğumuzu sübut etdik. Ölkəmizin qazandığı bütün uğurların arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasəti və Azərbaycan Ordusunun şücaəti dayanır.

Belə bir ayda doğulmağın özü də bir xoşbəxtlikdir. Yəqin mənim taleyimdəndir ki, Bayraq Günü ad günümə təsadüf edir. Bu, əlbəttə ki, mənim üçün çox xoşdur. Onu da deyim ki, kiçik oğlum da mənimlə eyni gündə dünyaya göz açıb. Bu xanımımın mənə ad günü hədiyyəsidir.

-20 ildən çoxdur ki, rektorsunuz, yaradıcılığa necə vaxt tapırsınız?

-Düzdür, işim çoxdur, bütün günü konservatoriyada, dərsdə, iclaslarda, Elmi şurada oluram. Bütün bunlara baxmayaraq, yaradıcılığa da vaxt tapılır. Başa düşürəm ki, bunu etməliyəm. Çünki tələbələrim var, onlar üçün nümunə olmalıyam. Görsünlər ki, müəllimləri öz üzərində işləyir. Nümunə olmağı bacardığım üçün onlar da öz ixtisaslarını yaxşı mənimsəyib uğur qazanmağa çalışırlar.

-Sizə hansı daha doğma gəlir, bəstəkarlıq, yoxsa...

-Yaradıcılıq olmadan yaşaya bilmərəm. Özümü tanımağa başlayandan həyatım belə davam edib. Gündüzlər işlə, gecələr yaradıcılıqla məşğul olmuşam. Açığını deyim ki, bu inzibati işin özü də bir yaradıcılıqdır. Belə baxanda elə hər ikisi mənə doğma gəlir, onları bir-birindən ayırmıram, sanki bir-birini tamamlayır.

-Müsahibələrinizin birində demisiniz ki, tək olmağı çox sevirsiniz, bu daha çox nə ilə bağlıdır...

-Bəlkə də, ailənin tək övladı olmağımla bağlıdır. Bəlkə də, yaradıcılıqla daha çox gecələr məşğul olmağıma görədir. Çünki onda heç kim mənə mane olmur. Bir həqiqəti də sizə açım, tək olanda özümlə danışıram. Özüm-özümə hesabat verirəm. Nəyi düz, nəyi səhv etdiyimi götür-qoy edirəm. Açığını deyim ki, tək olanda özümü çox danlayıram. Gərək bunu elə deməzdim, elə etməzdim və ya edərdim kimi...

-Siyavuş müəllim, Azərbaycan Milli Konservatoriyasının qurulması hansı zərurətdən yarandı?

-Milli Konservatoriya Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında Fərmanı ilə yaradılıb. Ulu Öndər Azərbaycanın milli musiqi mədəniyyətinin tədrisini, təşviqini, tədqiqatını bilmək, öyrənmək, inkişaf etdirmək üçün belə bir konservatoriyanın yaranması ilə bağlı xüsusi Fərman verib. Mənim üçün çox xoş oldu ki, bu məsuliyyətli işə mən dəvət edildim. Bu, mənim üçün həm çox önəmli, həm də şərəflidir. Belə bir görkəmli şəxsiyyətdən təyinat almaq özü çox böyük məsuliyyətdir. Konservatoriyaya təyin olundum və bir balaca özümə kənardan baxıb gördüm ki, elə bil səhrada tək dayanmışam. Heç kəs yox, heç nə yox... Mən özümə komanda, kollektiv yığmalı idim. Təbii ki, bunun sonrası da var idi, tədricən yavaş-yavaş hər şey yaxşı olmağa başladı. 2014-cü ildə bu inzibati tədris kompleksi yaradıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etdilər. Hətta iki il bundan qabaq konservatoriyanın 20 yaşı tamam oldu. Ölkə rəhbərliyi tərəfindən əməkdaşlarımızdan bir çoxuna dövlət mükafatları verildi. Çox sevinirəm ki, bizim yaxşı kollektivimiz var. Həm də çox böyük istedada malik tələbələrimiz var ki, onlar nəinki Avropada, hətta Amerikada keçirilən ən mötəbər musiqi yarışmalarında ən yüksək nəticələr əldə edirlər.

-Hazırda konservatoriyada neçə nəfər müəllim-tələbə heyəti var?

-Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Hazırda konservatoriyada 200-dən artıq müəllim çalışır. Tələbələrimizin sayı isə 700-dən çoxdur.

-Milli Konservatoriyaya plan yeri necə tənzimlənir, tələbələrin sayı ildən-ilə artır, yoxsa...

-Adətən, bizdə plan yeri demək olar ki, 100 faiz dolur. Tələbələrimizin 90-95 faizi dövlət vəsaiti hesabına təhsil alır. Bu, digər ali məktəblərə baxanda ən yüksək göstəricilərdəndir. Amma bu il qəbul imtahanlarında müəyyən dəyişikliklər edildiyinə görə bəzi ixtisaslar üzrə qəbul təxminən 50 faiz aşağı düşdü. Bu, təkcə bizə deyil, digər ali məktəblərə də təsir göstərdi.

-Konservatoriyada başqa ölkələrdən tələbələr təhsil alırmı?

-Əvvəllər başqa ölkələrdən bizə müraciət edənlərin sayı daha çox idi. İsrail, Türkiyə, İran, Almaniya və Rusiyadan tələbələrimiz olurdu. Hətta Amerikadan da bizim tələbələrimiz var idi. Bildiyiniz kimi, pandemiya bir çox məsələlərə mənfi təsir göstərdi. Son üç ildə bu istiqamətdə çox ciddi geriləmə başlayıb.

-Siyavuş müəllim, tələbələr üçün yataqxananız varmı?

-Düzü bu problem bütün ali təhsil ocaqlarında demək olar ki, eynidir. Biz yataqxana tikmişik, amma təəssüflər olsun ki, bu gün tələbələrimiz o yataqxanadan istifadə edə bilmir. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara məktublar yazsaq da, hələ ki, müsbət cavab almamışıq. Çox istərdim ki, bu məsələ tezliklə öz həllini tapsın.

-Məktəbin beynəlxalq əlaqələri hansı səviyyədədir?

-Bizimlə əlaqə qurmağa çalışan çox nüfuzlu ali məktəblər var. Onların sırasında həm keçmiş sovetlər birliyində fəaliyyət göstərən, həm qardaş Türkiyədən olan, həm də Avropadan olan məktəblər yer alır. Hətta ABŞ-ın Massaçusets ştatının Boston şəhərində dünyanın bir nömrəli musiqi kolleci bizimlə əməkdaşlıqda maraqlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparırıq. Yeri gəlmişkən deməliyəm ki, qurulmuş əlaqələr nəticəsində Türkiyədə və Orta Asiyada fəaliyyət göstərən bir sıra universitetlərlə tələbə mübadiləmiz olub. Pandemiyadan sonra yaranan durğunluq bu sahəyə də öz mənfi təsirini göstərdi. Amma buna baxmayaraq, hazırda bu istiqamətdə işlər davam edir.

-Gənclər daha çox hansı ixtisaslara üstünlük verirlər?

-Təbii ki, yaradıcılığa. Burada təhsili tam tərsinə qurmuşuq. Yəni biz tədrisdə yaradıcılığa deyil, yaradıcılıqdan tədrisə üstünlük veririk. Bu, çox maraqlı alınır. Tələbələr də böyük həvəslə dərsə gəlirlər. Gördüyünüz kimi, səhər saat 8-dən hər kəs buradadır. Orkestrlər, xor və s. canlı ifaları ilə hamını salamlayır.

Prioritet bizdə əsasən xalq çalğı alətləridir. Tar, kamança, balaban, kanon, eləcə də xanəndəliyə üstünlük daha çox olur. O cümlədən populyar musiqi və caz ixtisasları üzrə bura oxumağa gələn tələbələr var. Milli Konservatoriya yeganə ali təhsil ocağıdır ki, Azərbaycanda bu ixtisaslar üzrə tədris aparır. Həmçinin burada musiqişünaslıq, bəstəkarlıq, dirijorluq ixtisasları da var. Biz hazırlaşırıq ki, gələn ildən art-menecment - yəni musiqi prodüserliyi, musiqi marketinqi və bu qəbildən olan belə ixtisaslara da yer ayıraq.

-Məzunlarınız konservatoriyanı bitirib öz ixtisasları üzrə iş tapa bilirmi?

-Bu, çox böyük problemdir. Tez-tez eşidirəm və görürəm ki, tələbələrimiz öz ixtisaslarına uyğun olmayan başqa yerlərdə çalışırlar. Mən dəfələrlə təyinat sisteminin bərpası məsələsini qaldırmışam. Bilirsiniz ki, bölgələrdə musiqi müəllimlərinə ehtiyac var və biz istedadlı məzunlarımızın hesabına regionlarda bu sahəyə marağı artıra bilərik. Nə qədər istedadlı tələbələrimiz var. Bu məsələyə bir az geniş yanaşmaq lazımdır. Bu işə dar çərçivədən baxmaq olmaz. Uşaqların təhsili aydın məsələdir, amma təhsildən sonrakı həyatları da bizi maraqlandırmalıdır.

-Siyavuş müəllim, bizdə milli musiqinin tədrisində hansı problemlər var?

-Maliyyə mənbəyi olanda heç bir problem olmur. Ümumiyyətlə, bizim musiqi mədəniyyətimizdə problemlərimiz kifayət qədər çoxdur. Bu məsələləri həqiqətən həll etmək lazımdır. Çünki Azərbaycan musiqisinin sahibi bizik. Biz buna yol verə bilmərik ki, başqaları ona sahib çıxsınlar. Amma bunun üçün demək olar ki, biz heç nə etmirik. Bunu hamımız birləşib həll etməliyik.

-Musiqi dərsliklərinin səviyyəsi qənaətbəxşdirmi? Eləcə də alətlərin alınmasını necə həll edirsiniz?

-Not materialları əlbəttə ki, var. Bundan daha da yaxşı ola bilər. Keçmiş sovetlər vaxtında Moskvada keyfiyyətli notlar çap olunurdu. Eyni zamanda, Azərbaycanda da çap edilirdi. Düzdür indi də çap olunur, amma bir balaca keyfiyyəti aşağıdır. Müəllimlər işlərini öz vəsaitləri hesabına çap etdirirlər. Amma bu dövlət səviyyəsində olsa daha yaxşı olar. Açığını deyim ki, konservatoriya bu işdə onlara maliyyə cəhətdən kömək edə bilmir. Milli Konservatoriyaya həmişə dəstək lazımdır. Konservatoriyanın böyük ehtiyacları var. Bizə alətlər lazımdır, onları almalıyıq. Həllini gözləyən belə məsələlər çoxdur...

- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da vokal dərsləri keçirilir, Milli Konservatoriyada da, fərq nədədir?

-Milli vokal sənəti Avropadan gəlmə bir sənətdir. Bakı Musiqi Akademiyasında böyük professorlar var və onlar çox böyük uğurla çalışır. Amma məni həmişə maraqlandıran bizim milli vokal məktəbi olub. Hansı ki, Bülbülün, Rəşid Behbudovun və digər görkəmli sənətkarlarımızın oxuduğu. Məsələn, “Leyli və Məcnun”u heç vaxt vokalist oxuya bilməz. Onu milli duyğularla, hisslərlə zəngin olanlar oxuyanda adamın gözündən yaş gəlir. O hissi tamaşaçıya yaşatmaq lazımdır. Bizim muğamlarımız, aşıq sənətimiz var. Bu, milli vokalla çox bağlıdır. Bunu inkişaf etdirmək lazımdır. Burada aşıq sənəti də tədris edilir. Aşıq vokal sənətinin tədrisinə mən çox israrlıyam. Çünki aşıq həm vokalist, həm rəqqas, həm də musiqiçidir, baxın, bir adamda nə qədər ixtisaslar cəmləşir. Bizim vokalçılarımız digərlərindən fərqli olaraq, muğam dərsləri də keçirlər.

-Konservatoriyada professor-müəllim heyətinin tərkibi tanınmış simalarla zəngindir. Deyirlər ki, yaradıcı adamların kaprizləri çox olur. Onlarla işləmək çətinlik yaratmır ki?

-Bu, bütün insanlarda var, amma yaradıcı, xüsusilə də tanınmış sənət adamlarında bir qədər çoxdur. Hərəsinin öz dili var və mən hərəni öz dilində “danışdırıram”. Onların hamısı məni yaxşı tanıdığından onların xasiyyətini yaxşı bilirəm.

- Siz həm də Milli Muğam Müsabiqəsinin münsiflər heyətinin sədrisiniz, ölkəmizdə ifaçılıq sənətinin vəziyyətini necə qiymətləndirirsiniz?

-Son illər bu sahədə çox böyük uğurlar qazanılıb, sənətə yeni, istedadlı xanəndələr nəsli gəlib. Bu, çox yaxşı haldır. Amma götürsək balaban ifaçılığı sənətini, bax, burada çox böyük problemlər vardı. Balaban ifaçılığı demək olar ki, ümumiyyətlə ali təhsildə yox idi. Mən konservatoriyada balaban ifaçılığı sinfini açarkən çox böyük çətinliklərlə üzləşdim. Köməklik etməsəydilər sözsüz ki, aça bilməzdim. Çünki ali məktəbdə dərs demək üçün gərək ali təhsilli mütəxəssislər olsun. Mən bu işə el sənətkarlarını cəlb etdim. Nəticədə, bu istiqamətdə müəyyən uğurlara nail olduq və hazırda gənclərimizdə balaban ifaçılığına maraq artıb. Təəssüf olsun ki, bu gün dünyada balabanı başqa alət adı ilə tanıyırlar. Biz çalışırıq ki, bu aləti bütün dünya balaban kimi tanısın və bu istiqamətdə işləyirik. Biz onu balaban aləti kimi dünyaya tanıdacağıq.

-Bu günlərdə ölkəmizdə ilk dəfə Musiqi Forumu keçirildi, bu Forumdan gözləntiləriniz nədən ibarətdir?

-Bu, çox yerində atılmış bir addım idi. Forumda illərdir bu sahədə yığılıb qalan problemlərin həlli istiqamətində ciddi müzakirələr aparıldı. Üç gün ərzində sahəni yaxşı bilən mütəxəssislərin fikirləri dinlənildi. Təbii ki, biz də öz sözümüzü dedik. Bizim üçün bəzi çətinliklər olur, məsələn, konservatoriya olaraq biz Elm və Təhsil Nazirliyinin tərkibindəyik. İstəyirik ki, bizə texniki universitet kimi deyil, konservatoriya kimi, yaradıcı ali məktəb kimi baxılsın.

Bu Forum hər il təşkil olunsa, çox yaxşı olardı. Çünki musiqi mədəniyyəti bir yerdə sabit durmur, günü-gündən inkişaf edir, dinamik sahədir. Biz hər zaman onun dinamikasını izləməliyik və ona uyğun hərəkət etməliyik.

-Mətbuat Sizin Musiqi Forumundakı çıxışınıza istinadla yazmışdı ki, Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir. Bunun həlli yolları nədədir? Nə etmək lazımdır ki, dünya bizim musiqi əsərlərimizi qəbul etsin?

-Mənim dediklərimi təhrif ediblər. Elə deməmişəm, bildirmişəm ki, bizim səsyazma studiyalarımız köhnəlib, müasir standartlara cavab vermir. Bu səbəbdən də bizim sənət adamlarımız çox vaxt öz əsərlərini dünyanın müxtəlif səsyazma studiyalarında yazdırırlar. Kimin imkanı varsa, belə edir. Mən dünyanın müxtəlif studiyalarında yazılmışam. Bilirəm ki, studiya nə deməkdir. Studiya hər şeydən əvvəl bir arxivdir.

Bizə müasir studiyalar lazımdır. Azərbaycan muğamları, aşıq musiqi, simfoniyalar, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov... Bunları yenidən o səviyyədə yazmaq lazımdır ki, dünya qəbul edib, bəyənsin. Dəfələrlə konsertlərdə olanda xarici orkestrlərin rəhbərləri bizə yaxınlaşıb deyiblər ki, necə gözəl musiqiniz var, biz bu musiqini niyə bilmirik. Belə problemlərimiz var. Bu, bizi çox narahat edir. Bu studiyalar bizə, ilk növbədə, öz mədəniyyət tariximizi qoruyub saxlamaq üçün lazımdır. Mən 10 ildir bu məsələləri səsləndirirəm.

Yeri gəlmişkən, deməliyəm ki, biz Azərbaycan milli musiqisini yazıb dünyaya yaymaq üçün beynəlxalq səviyyədə studiya tikmişik. Amma onu işlək vəziyyətə gətirmək üçün təxminən 20 milyon dollara yaxın vəsait lazımdır. Bununla bağlı aidiyyəti qurumlara məktublar da yazılıb, müraciətlər də edilib...

-Siyavuş müəllim, yaradıcılıqda hansı yeniliklər var?

-Hazırda mənim ən böyük əsərim Milli Konservatoriyadır və bu sənət məbədi ilə yaşayıram...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH