Siyəzən şəhərində yeni idman mərkəzi tikilir
Siyəzən, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən şəhərində Yeniyetmə və Gənclərin Fiziki Hazırlıq Mərkəzi inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzdə qapalı idman zalları və açıq havada mini stadion fəaliyyət göstərəcək.
Babək küçəsində tikilən ikimərtəbəli idman mərkəzinin sahəsi 170 kvadratmetrdir. Mərkəz rayonda idmanın inkişafı və kütləviliyin artırılması, gənclərin sağlam həyat tərzi sürmələri, potensiallarının üzə çıxarılmasına xidmət göstərəcək.
İlin sonuna kimi inşası başa çatdırılacaq binanın hazırda ikinci mərtəbəsi tikilir.