“SİYƏZƏN ŞƏRAB”IN SƏHMLƏRİ SATIŞA ÇIXARILIR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə xarici sərmayəçilər də iştirak edə bilərlər.
İddiaçılar investisiya proqramında yüksək keyfiyyətli şərab məhsulları və təbii şirə, habelə meyvə və tərəvəz konservlərinin istehsalına nail olunmasını, iş yerlərinin bərpasını və yeni iş yerlərinin açılmasını, istehsal prosesində müasir texnologiyaların tətbiqini, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsini, yerli xammaldan istifadəni, işçilərin sosial təminatı məsələsinin həllini əks etdirməlidirlər. Təkliflər dövlət büdcəsinə ödəniləcək 80 milyon manat və ya 16 min yeni Azərbaycan manatından, Komitəyə təqdim ediləcək 4 min 500 ədəd dövlət özəlləşdirmə çekindən az olmamalıdır. Xarici sərmayəçilər özəlləşdirmə çeklərinin sayına müvafiq olaraq, dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək üçün ərizələr yanvarın 30-dək qəbul olunur.
Təkliflər fevralın 1-dən başlayaraq qiymətləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]