Sloveniyalı Tadey Poqaçar “Tour de France” veloyürüşünün 15-ci mərhələsinin qalibi olub
Bakı, 13 sentyabr, AZƏRTAC
“Tour de France” veloyürüşündə 15-ci mərhələyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Team Team Emirates” komandasının təmsilçisi, sloveniyalı Tadey Poqaçar bütün rəqiblərini üstələyərək qalib olub. Belə ki, o, 174,5 kilometr məsafəni 4 saat 34 dəqiqə 13 saniyəyə qət edib. İkinci yeri həmyerlisi Primoj Roqliç (“Jumbo-Visma”), üçüncü yeri isə “Trek-Segafredo” komandasının üzvü, avstraliyalı Riçi Port tutub.
Uzunluğu 164 kilometr məsafədə 16-cı mərhələ sentyabrın 14-də baş tutacaq.
“Tour de France” 107-ci dəfə təşkil olunur. Turnir ümumi uzunluğu 3470 kilometr olan 21 mərhələdən ibarətdir. Keçən il yarışın qalibi “Ineos” komandasının kolumbiyalı velosipedçisi Eqan Bernal olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]