Soltan Məmmədov: Ölkəmizdə ağacəkmə aksiyaları ilə bağlı təşəbbüslər ənənə halını alıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Bu gün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tariximizin ən şanlı səhifələrini yaşadığımız dövrdə şəhid övladları ilə birlikdə ağacəkmə aksiyası keçirdik. Məqsədimiz dövlətimizin həmin təbəqədən olan uşaqlara qayğısını hiss etdirmək, onlarla birlikdə olduğumuzu göstərmək, gələcəyimiz olan uşaqları ölkəmizdəki inkişaf prosesi ilə tanış etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov jurnalistlərə müsahibəsində deyib.
“Bu cür təşəbbüslər ölkəmizdə ənənə halını alıb. Çalışırıq ki, uşaqların həm təhsilinə, həm sosial vəziyyətlərinin yaxşılaşmasına, həm də onların asudə vaxtlarını düzgün keçirmələrinə imkan yaradaq, onlarla həmrəylimizi nümayiş etdirək. Bugünkü aksiya, həmçinin ölkəmizin yaşıl dünya naminə həmrəylik strategiyasına və noyabrda keçiriləcək COP29 tədbirinə dəstək məqsədi daşıyır”, - deyə deputat bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]