Son gündə Qırğızıstanda koronavirusa 535 nəfər yoluxub
Bişkek, 5 noyabr, АZƏRTAC
Son gün ərzində Qırğızıstanda COVID-19-a yoluxanların sayı 535 nəfər artıb. Pandemiya dövründə yoluxanların ümumi sayı 61 min 309-a çatıb.
AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son 24 saat ərzində 528, ümumiyyətlə isə 52 min 343 xəstə sağalıb.
Son gündə koronavirusdan 4 nəfər həyatını itirib. Bu virusdan ölənlərin sayı 1167-yə çatıb.
Bildirilir ki, xəstəxanalarda 3 min 430, ev şəraitində 3 min 746 pasiyent müalicə olunur.
Qeyd olunur ki, son sutkada 3, pandemiya dövründə isə 3 min 634 tibb işçisi COVID-19-a yoluxub, onların 3 min 387-si sağalıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]